...

SOCAR İstiqrazı sahiblərinin gündəlik qazancı AÇIQLANDI (FOTO)

İqtisadiyyat Materials 13 Mart 2017 11:53 (UTC +04:00)
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) daxili bazar üçün dollarla buraxdığı SOCAR İstiqrazları öz sahiblərinə hər gün gəlir gətirir.
SOCAR İstiqrazı sahiblərinin gündəlik qazancı AÇIQLANDI (FOTO)

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) daxili bazar üçün dollarla buraxdığı SOCAR İstiqrazları öz sahiblərinə hər gün gəlir gətirir.

"SOCAR Capital" şirkətindən Trend-ə verilən məlumata görə, Nominal qiyməti 1000 dollar olan istiqrazların illik gəlirliliyi 5% və ya ildə 50 dollar təşkil edir. Faiz gəlirləri hər gün üçün hesablandığına görə, hər bir istiqraz sahibi gündə təxminən 0,14 dollar qazanır.

SOCAR İstirazlarının buraxılışından təqribən 5 ay müddətin keçdiyini nəzərə alsaq, hər bir istiqraz öz sahibinə indiyədək 21 dollar gəlir qazandırıb. Bir ilin tamamında bu məbləğ 50 dollar olacaq.

İstiqraz sahibləri bu pulun 12,5 dollarını yanvarın 17-də ilk faiz ödənişi zamanı alıblar.

Gəlirlərin növbəti hissəsi isə 17 aprel, 17 iyul və 17 oktyabr tarixlərindəki faiz ödənişləri zamanı veriləcək.

Xatırladaq ki, SOCAR İstiqrazları Azərbaycanın fond bazarında ən çox alınıb-satılan qiymətli kağızlardır. Belə ki, bu ilin ilk iki ayında birjada 29,4 milyon dollarlıq istiqraz alınıb satılıb ki, bu da ümumi istiqraz bazarının 76,2%-i deməkdir. SOCAR istiqrazlarının buraxılmasından keçən müddət ərzində indiyədək 69,1 milyon dollarlıq istiqraz ticarəti edilib.

SOCAR İstiqrazlarının qiyməti də artmaqdadır. Bu kağızlar üzrə marketmeyker fəaliyyətini həyata keçirən "PSG Kapital" investisiya şirkətindən verilən məlumata görə, SOCAR İstiqrazlarının satış qiyməti 1 007-1 008 dollara yüksəlib. Bu ilin ilk iki ayında birjada 29,4 milyon dollarlıq istiqraz alınıb satılıb ki, bu da ümumi istiqraz bazarının 76,2%-i deməkdir. SOCAR istiqrazlarının buraxılmasından keçən müddət ərzində indiyədək 69,1 milyon dollarlıq istiqraz ticarəti edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti