...

EY Azərbaycan SHE beynəlxalq qadınlar konqresində iştirak edib (FOTO)

İqtisadiyyat Materials 31 Mart 2017 10:56 (UTC +04:00)
EY Azərbaycan JW Marriott Abşeron Otelində keçirilən SHE konqresində iştirak edib.
EY Azərbaycan SHE beynəlxalq qadınlar konqresində iştirak edib (FOTO)

Bakı. Trend:

EY Azərbaycan çərşənbə axşamı, 28 mart 2017-ci il tarixində JW Marriott Abşeron Otelində keçirilən SHE konqresində iştirak edib. Tədbir Azərbaycanın 100 İşgüzar Qadını adlı təşkilat, PAŞA Bank, MasterCard və Azərbaycanda Amerika Ticarət Palatasının birgə təşkilatçılığı ilə keçirilib.

Konqresə həm xarici ölkələrdən, həm də Azərbaycandan olan icraçı direktorlar və biznes sahəsində fəaliyyət göstərən xanımlar dəvət olunub. Tədbirin məqsədi konqres iştirakçılarının bir-biriləri ilə şəxsi təcrübə, bilik və karyerada yüksəliş yolları barədə məlumat mübadiləsi aparmasından ibarət `ilə bağlı məsələlər və onların mümkün həlli yolları mövzusunda olub. Konqresi Azərbaycanın 100 İşgüzar Qadını adlı təşkilatın sədri Tatyana Mikayılova qonaqları və məruzəçiləri salamlayaraq açıq elan edib.

Sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova qadınların inkişafına dövlət dəstəyindən danışdı və Azərbaycanda gender stereotipləri ilə bağlı qadınların işgüzar fəaliyyətinin iqtisadi asılılığını azaltmaqla əlaqədar mövcud ən qabaqcıl təcrübə ilə bölüşüb. Milli Məclisin deputatı Qənirə Paşayeva xüsusilə regionlarda qızların erkən yaşlarda maarifləndirilməsinin əhəmiyyətini bildirib. “Qadınların cəmiyyətdə kişilərlə bərabər hüquqlarla yer tuta bilməsi üçün ilk növbədə kənd yerlərində islahatlar aparılmalıdır. Biz artıq görürük ki, hansı ölkələrdə qadınların haqları kişilərin haqları ilə bərabər qorunursa və qadınların cəmiyyətdəki rolu kişilərin roluna ən azı yaxınlaşırsa, o ölkələrdə istənilən inkişafı əldə edilir. Dəyişikliklərə başlaycağımız yer düşüncə dəyişikliyidir, fikir dəyişikliyidir. Biz düşüncə və fikirlərdə yetəri qədər dəyişikliyə nail ola bilməmişik. Bunun üçün biz hamımız birlikdə çalışmalıyıq...”- deyə Q.Paşayeva əlavə edib.

Türkiyə və Azərbaycan üzrə MasterCard şirkətinin Baş meneceri, Yasemin Bedir “Bu gün mən hiss edirəm ki, mən yalnız özümə yatırım etməkdə davamlı olduğum üçün müdriklikdən pay iddia edə bilərəm və mən digər qadınlara daha geniş imkanlar vermək məsuliyyətini öz üzərimdə hiss edirəm və onlara yatırım etməkdə diqqətimi cəmləmişəm. İnanıram ki, qadınlara yatırım etmək bəhrə verən işdir” - deyə, deyilənlərə əlavə edib.

PAŞA Bankın İdarə heyətinin üzvü Xəyalə Nağıyeva öz uğur hekayəsi ilə bölüşərək bildirib ki, qorxunu dəf etmək və öz hədəflərinə çatmaq üçün özünə və potensialına inam vacıbdir. Bundan sonra ABŞ-ın Azərbaycandakı səfirinin həyat yoldaşı Anne Cekuta “Cəmiyyətdə və biznesdə bütün genderlə bağlı xurafatları necə və nəyə görə aradan qaldırmalıyıq” başlığı altında qrup müzakirəsinə sədrlik etmişdir. Müxtəlif ölkələrdən və sahələrdən olan icraçı direktorlar gender stereotiplərini və qadınların aparıcı vəzifələr tutmasının üstünlüklərini müzakirə ediblər. Azərbaycanda Amerika Ticarət Palatasının icraçı direktoru, Natavan Məmmədova UAFA (Azərbaycana Birgə Yardım) təşkilatının direktoru Gven Burchell-ə qızlar, sosial sahibkarlıq, Kraliçanın tanınması və “şüşə tavanın” (tərcüməçinin qeydi. cəmiyyətdə qadınların yüksək vəzifə tutmamasına dair nəzər nöqtəsi) qırılması yollarından danışıb.

Bundan sonra EY Azərbaycanın Vergi və hüquqi məsələlər üzrə partnyoru Arzu Hacıyeva “Təhsil innovasiyaya təkan verir” başlığı altında aparılan qrup müzakirəsinə sədrlik edib. Arzu təhsilin vacibliyini vurğulayaraq konqres iştirakçıları ilə öz uğur hekayəsini paylaşıb. Sonra o, qrup müzakirəsi iştirakçılarından Azərbaycanda təhsilin innovasiyalara aparacağına inanıb-inanmadığını soruşdu. SABAH Qruplarının rəhbəri Şahin Seyidzadə konqresdə “Burada innovasiya məhsulu, innovasiya texnologiyası və innovasiya yanaşması mövcuddur və onlar öz aralarında əlaqəlidir. SABAH Qruplarında biz ilk olaraq innovasiya yanaşmasını yaratmağa çalışırıq və inanırıq ki, bir neçə ildən sonra biz innovasiyaya təkan verəcəyik. Bu çətin yolda qadınların rolu çox böyükdür və qeyd etməliyəm ki, bizim bütün 11 dekanımız qadındır və bizim layihənin uğuru onların nailiyyətidir” - deyə qeyd edib.

Microsoft Azərbaycanın Ölkə üzrə meneceri Sərxan Həşimov deyilənlərə əlavə olaraq qeyd edib ki, “Mən əmin deyiləm ki, dəqiq cavab bəli və ya xeyirdir, lakin burada çox böyük imkanlar var. Təhsil evdən başlayaraq gündəlik olaraq davam edir, lakin innovasiyalar bizə məsuliyyətli olmağa və gələcəkdə mümkün çətinliklərə daha hazırlıqlı olmağa kömək edir”. Təhsil mütəxəssisi Sada Davudun cavabı isə “Mən inanıram ki, innovasiyalar dərslərdə yaradıcı düşüncəni və yaradıcılığı təşviq edir və buna səbəb olur. Təəssüflər olsun ki, buğun bizin təhsil sistemimiz innovasiyaya təkan vermir, lakin mən optimist yanaşaraq inanıram ki, bu vəziyyət növbəti illərdə dəyişəcəkdir” - olub.

Bakı Mühəndislik Universitetinin, Yüksək texnologiyalar parkının direktoru Samir Məmmədov “Biz innovasiya üçün yer yaratmalıyıq və Texnopark innovasiyaların baş verdiyi yerdir. Biz hələ o nöqtəyə çatmamışıq, lakin innovasiyaların öyrənildiyi yer olmağı arzu edirik.” – deyə şərh verib.

Daha sonra konqres ScaleX şirkətinin təsisçisi və idarəedici partnyoru Dilek Dayinarli tərəfindən sahibkarlıq sirlərinə diqqəti cəmləməklə, eləcə də Arya Women’s Investment Platform şirkətinin seriya sahibkarı, investoru və təsisçisi olan Ahu Serter-in qadın sahibkarın çətin şəraitli regiona səfəri barədə ruhlandırıcı nitqi ilə davam edib. Qrup müzakirəsi daha sonradan yerli qadın sahibkarların verdiyi məsləhətlərlə Kiçikdən Böyüyə başlığı altında keçirilib. Bundan sonra, OnPoint Strategies şirkətinin təsisçisi, Jephson Beaman şirkətinin ortaq təsisçisi, Vilyam Beaman “Qadınların biznesdə kişilərdən fərqli bacarıqlarını necə aşkar etmələri və onlardan yararlanmaları” haqqında nitqlə çıxış edib. Ümumilikdə, konqresdə qadınların biznes və cəmiyyətdə rolunun əhəmiyyətini əks etdirən bir çox uğur hekayələri və maraqlı karyera yollarına misallar səslənib. SHE konqresinin bağlanış mərasimi gənc istedad Əminə Hacıyevanın ifası ilə sonlanıb.

EY haqqında

EY audit, vergi, əməliyyatların müşayiət edilməsi və məsləhət xidmətləri üzrə qlobal liderdir. Dərin biliklər və göstərdiyimiz keyfiyyətli xidmətlər bizə bütün dünyada kapital bazarlarının və iqtisadiyyatların etibarını qazanmağa kömək edir. Biz bütün maraqlı tərəflərə verdiyimiz vədləri təmin edən komanda toplamaq üçün görkəmli liderlər yetişdiririk. Bunu etməklə, biz insanlarımız, müştərilərimiz və cəmiyyətlərimiz üçün daha yaxşı iş dünyasının qurulmasında mühüm rol oynayırıq.
EY bütün MDB-də fəaliyyət göstərən şirkətlərlə əməkdaşlıq edir və biznes məqsədlərinə çatmaqda onlara kömək edir. MDB-də (Moskva, Sankt-Peterburq, Novosibirsk, Kazan, Krasnodar, Rostov-na-Donu, Tolyatti, Vladivostok, Almatı, Astana, Bişkək, Bakı, Kiyev, Daşkənd, Tbilisi, Minsk və digər yerlərdə) yerləşən 20 ofisdə 4,500 peşəkar çalışır.
EY qlobal təşkilatdır və EY dedikdə, Ernst & Young Global Limited qlobal şirkətlər qrupunun bir və ya bir neçə üzvü nəzərdə tutulur. Hər bir üzv ayrıca hüquqi şəxsdir. EY Global Limited, məsuliyyətli üzvlərinin zəmanətləri ilə məhdudlaşan Böyük Britaniya şirkəti olaraq, müştərilərə xidmətlər göstərmir. Daha ətraflı məlumat almaq üçün buraya müraciət edə bilərsiniz: www.ey.com

EY Azərbaycanda
EY 22 il bundan əvvəl Bakıda ofis açmaqla Azərbaycana və regiona öz dəyərli töhfəsini vermişdir. Bu gün biz, Azərbaycanda fəaliyyət göstərən aparıcı firma olmaqla yanaşı, bütün bölgədə də liderik. Geniş bilik və təcrübəmiz sayəsində biz həm yerli, həm beynəlxalq şirkətlərə, həm də dövlət müəssisələrinə beynəlxalq iqtisadi məsələlərlə bağlı çətinlikləri dəf etməyə kömək edirik.
Hal-hazırda Bakı ofisimizdə Azərbaycan Respublikasındakı müştərilərimizə xidmət göstərən 170-dan çox işçi çalışır. EY-ın Xəzər regionundakı güclü mövqeyi və firmanın öz resurslarından tam şəkildə istifadə etməsi regionda fəaliyyət göstərən müəssisələr üçün böyük əhəmiyyət kəsb edir. Bu, firma inkişaf etdikcə, EY-ın yerli mütəxəssisləri cəlb etmək və onları təcrübəmizdə aparıcı mövqe tutmaq üçün təlimləndirmək ənənəsinə sadiq qalacağı deməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti