...

Bakı Beynəlxalq Avtovağzal Kompleksi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyinə verildi

İqtisadiyyat Materials 11 May 2017 11:49 (UTC +04:00)

Bakı. Hüseyn Vəliyev - Trend

Bakı Beynəlxalq Avtovağzal Kompleksi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyinə verilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, nazirlik artıq Bakı Beynəlxalq Avtovağzal Kompleksində öz səlahiyyətlərinin icrasına başlayıb.

Nazirlikdən bildirilib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəqliyyat sahəsində dövlət siyasətini həyata keçirən tənzimləyici icra hakimiyyəti orqanıdır:

"Bakı Beynəlxalq Avtovağzal Kompleksi də ölkənin nəqliyyat sektorunda vacib strukturlardan biridir. Həmin struktur da nazirliyin diqqət mərkəzində olmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti