...

Mayda BTC kəməri ilə 2,2 milyon ton Azərbaycan nefti nəql olunub

İqtisadiyyat Materials 5 İyun 2017 11:27 (UTC +04:00)
May ayında BTC kəməri ilə 2,2 milyon ton Azərbaycan nefti nəql olunub.
Mayda  BTC kəməri ilə 2,2 milyon ton Azərbaycan nefti nəql olunub

Bakı. Trend:

May ayında BTC kəməri ilə 2,2 milyon ton Azərbaycan nefti nəql olunub.

Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, 2017-ci ilin may ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 237 min 140 ton Azərbaycan nefti nəql olunub.

Cari ilin yanvar-may aylarında bu kəmərlə 10 milyon 961 min 523 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2017-ci il iyun ayının 1-ə qədər BTC-yə 332 milyon 499 min 585 ton neft vurulub.

Bundan başqa, 2017-ci ilin may ayında BTC kəməri ilə 561 min 762 ton Türkmənistan nefti nəql olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti