...

EY Azərbaycan transfer qiymətlərinin müəyyən edilməsi mövzusuna həsr edilmiş konfransa sponsorluq edib (FOTO)

İqtisadiyyat Materials 27 Sentyabr 2017 17:19 (UTC +04:00)
EY Azərbaycan “Transfer qiymətlərinin müəyyən edilməsi: onun tətbiqi və beynəlxalq təcrübə” adlı konfransa sponsorluq edib.
EY Azərbaycan transfer qiymətlərinin müəyyən edilməsi mövzusuna həsr edilmiş konfransa sponsorluq edib (FOTO)

Bakı. Trend:

EY Azərbaycan “Transfer qiymətlərinin müəyyən edilməsi: onun tətbiqi və beynəlxalq təcrübə” adlı konfransa sponsorluq edib.

Təşkilatdan Trend-ə verilən məlumata görə, tədbir Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) və Böyük Dördlüyə daxil olan audit şirkətlərinin birgə təşkilatçılığı ilə keçirilib. Konfransın məruzəçiləri EY-dan Ülvi Yusifov, EY Azərbaycanın Vergi məsələləri üzrə Baş Meneceri və İqor Çufarov, EY Ukraynanın Transfer qiymətlərinin müəyyən edilməsi üzrə Partnyoru olub.

Təqdimat və müzakirələr transfer qiymətlərinin prinsiplərinə və transfer qiymətlərinin bütün dünya ölkələrində və xüsusilə MDB məkanında tətbiq edilməsinə dair dəyərli bilikləri əks etdirdi.

Tədbir zamanı İqor Çufarov transfer qiymətlərinin müəyyən edilməsi məqsədləri üçün müqayisə edilən əməliyyatlar haqqında məlumatı tədbir iştirakçılarının nəzərinə çatdırıb. Bundan əlavə, o, ümumi mənbələr və məlumat bazaları haqqında ümumi icmalı təqdim edib və Ukrayna təcrübəsi vurğulanmaqla MDB ölkələrinin təcrübəsi ilə bölüşüb.

Daha sonra Ülvi Yusifov Azərbaycanın transfer qiymətlərinin müəyyən edilməsi qaydaları çərçivəsində əməliyyatların müxtəlif növləri üçün müqayisəli əməliyyatlar barədə məlumatların kazuslarla araşdırılmasına diqqəti yönəldib. O, öz çıxışına müqayisə edilən nəzarət olunmayan qiymət və əməliyyatlar üzrə rentabellilik üsulları haqqında məlumatlarla davam edib.

Arzu Hacıyeva, EY Azərbaycanın Vergi və Hüquq məsələləri üzrə partnyoru “Bu tədbir faydalı və vaxtında keçirilmiş olmaqla bütün iştirakçılara transfer qiymətlərinin müəyyən edilməsi (TQ) haqqında qaydaların həyata keçirilməsi sahəsində digər ölkələrin təcrübələrini öyrənməyə imkan verib: "TQ bu ilin vergiqoyma sahəsində ən mühüm mövzularından biri olaraq qalır və TQ haqqında qanunvericiliyi qəbul edildikdən sonra ilk hesabat dövrünün sonuna yaxınlaşdığımız zaman bu mövzunun mühümlüyü daha da artırır. Nəzərə alsaq ki, TQ haqqında qaydaları təzəlikcə qəbul etmiş bütün ölkələrin qarşılaşdığı çətinliklər demək olar ki, eynidir, oxşar prosesdən keçən ölkələrin mütəxəssislərinin şərhləri ilə tanış olmaq faydalı oldu. Transfer qiymətlərinin müəyyən edilməsinin auditi üzrə Ukraynanın mövqeyini ifadə etmək və öz dəyərli təcrübəsi ilə bölüşmək üçün AmCham-ın dəvəti ilə Nikolay Mişin, Ukraynanın Dövlət Fiskal Xidmətinin TQ şöbəsinin rəhbəri Bakıya səfər etmişdir. Nəticə etibarilə, iştirakçılar həm hökumət rəsmiləri, həm də Böyük Dördlüyə daxil olan audit şirkətlərinin mövqeləri ilə tanış olmaq imkanı əldə etdilər”.

EY audit, vergi, əməliyyatların müşayiət edilməsi və məsləhət xidmətləri üzrə qlobal liderdir. Dərin biliklər və göstərdiyi keyfiyyətli xidmətlər təşkilata bütün dünyada kapital bazarlarının və iqtisadiyyatların etibarını qazanmağa kömək edir. EY bütün maraqlı tərəflərə verdiyi vədləri təmin edən komanda toplamaq üçün görkəmli liderlər yetişdirir. Bunu etməklə, təşkilat insanlar, müştərilər və cəmiyyətlər üçün daha yaxşı iş dünyasının qurulmasında mühüm rol oynayır.

EY bütün MDB-də fəaliyyət göstərən şirkətlərlə əməkdaşlıq edir və biznes məqsədlərinə çatmaqda onlara kömək edir. MDB-də (Bakı, Moskva, Sankt-Peterburq, Novosibirsk, Kazan, Krasnodar, Rostov-na-Donu, Tolyatti, Vladivostok, Almatı, Astana, Bişkək, Kiyev, Daşkənd, Tbilisi, Minsk və digər yerlərdə) yerləşən 20 ofisdə 5,000 peşəkar çalışır.

EY qlobal təşkilatdır və EY dedikdə, Ernst & Young Global Limited qlobal şirkətlər qrupunun bir və ya bir neçə üzvü nəzərdə tutulur. Hər bir üzv ayrıca hüquqi şəxsdir. EY Global Limited, məsuliyyətli üzvlərinin zəmanətləri ilə məhdudlaşan Böyük Britaniya şirkəti olaraq, müştərilərə xidmətlər göstərmir. Daha ətraflı məlumat almaq üçün buraya müraciət edə bilərsiniz: www.ey.com

EY 23 il əvvəl Bakıda ofis açmaqla Azərbaycana və regiona öz dəyərli töhfəsini verib. Bu gün təşkilat Azərbaycanda fəaliyyət göstərən aparıcı firma olmaqla yanaşı, bütün bölgədə də liderik. Geniş bilik və təcrübəmiz sayəsində biz həm yerli, həm beynəlxalq şirkətlərə, həm də dövlət müəssisələrinə beynəlxalq iqtisadi məsələlərlə bağlı çətinlikləri dəf etməyə kömək edir.

Hal-hazırda Bakı ofisində Azərbaycandakı müştərilərə xidmət göstərən 180-dən çox işçi çalışır. EY-ın Xəzər regionundakı güclü mövqeyi və firmanın öz resurslarından tam şəkildə istifadə etməsi regionda fəaliyyət göstərən müəssisələr üçün böyük əhəmiyyət kəsb edir. Bu, firma inkişaf etdikcə, EY-ın yerli mütəxəssisləri cəlb etmək və onları təcrübəmizdə aparıcı mövqe tutmaq üçün təlimləndirmək ənənəsinə sadiq qalacağı deməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti