...

"Atəşgah Sığorta"nın rəhbərliyində kadr dəyişikliyi olub

İqtisadiyyat Materials 2 Oktyabr 2017 10:04 (UTC +04:00)
"Atəşgah” Sığorta Qrupu rəhbərliyində kadr dəyişikliyi baş verib.
"Atəşgah Sığorta"nın rəhbərliyində kadr dəyişikliyi olub

Bakı. Trend:

"Atəşgah” Sığorta Qrupu rəhbərliyində kadr dəyişikliyi baş verib.

Qurumdan Trend-ə verilən məlumata görə, "Atəşgah" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin (ASC) Direktorlar Şurasının iclası və "Atəşgah Həyat" Sığorta şirkəti Açıq Səhmdar Cəmiyyəti Səhmdarlarının növbəti Ümümi Yığıncağı keçirilib.

Qəbul edilmiş qərara əsasən, 2 oktyabr 2017-cil il tarixindən "Atəşgah" Sığorta şirkəti ASC-nin İdarə Heyətinin sədri Səfərov Tələt Abbasqulu oğlu "Atəşgah Həyat” Sığorta şirkəti ASC-yə Direktorlar Şurasının üzvü vəzifəsinə seçilib.

"Atəşgah" Sığorta Şirkəti ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə isə "Atəşgah Həyat” Sığorta şirkəti ASC-nin Direktorlar Şurasının üzvü Əliyev Azər Allahverdi oğlu təyin edilib.

Qeyd edək ki, A.Əliyev daha əvvəl “Atəşgah” SŞ-nin Baş direktoru vəzifəsində, “Atəşgah” SŞ İdarə Heyəti sədrinin müşaviri, eləcə də uzun müddət Azərbaycan Sığortaçılar Assosiasiyasının rəhbəri kimi fəaliyyət göstərib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti