...

EY Azərbaycan Mühasiblərin illik forumunda iştirak edib (FOTO)

İqtisadiyyat Materials 31 Oktyabr 2017 13:18 (UTC +04:00)
EY Azərbaycan 27 oktyabr 2017-ci ildə Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) tərəfindən təşkil edilən Mühasiblərin İllik Forumunda iştirak edib.
EY Azərbaycan Mühasiblərin illik forumunda iştirak edib (FOTO)

Bakı. Trend:

EY Azərbaycan 27 oktyabr 2017-ci ildə Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) tərəfindən təşkil edilən Mühasiblərin İllik Forumunda iştirak edib. Tədbirin mövzusu “Maliyyə Hesabatlarının Beynəlxalq Standartı 9 (MHBS 9/IFRS 9): Tətbiqi və Çağırışlar” olub.

ARPA-nın Müşahidə Şurasının Sədri Rüfət Mahmud qonaqları və məruzəçiləri salamlayaraq forumu açıq elan edib. O, 9 saylı Maliyyə alətləri adlı MHBS-nin tətbiqi zamanı yarana biləcək potensial çətinliklərin aradan qaldırılması yollarını müzakirə etmək üçün platforma rolunu oynayan bu cür tədbirlərin vacibliyini vurğulayıb.

EY şirkətindən forumda məruzəçi EY-ın Moskva ofisinin Maliyyə Xidmətlərində Risklərin İdarə edilməsi üzrə Baş məsləhətçi Andrey Yeliseyev olub. O, 9 saylı MHBS üzrə son dəyişikliklər və onun praktiki tətbiqinə dair əsaslı bilikləri nümayiş etdirən təqdimatla çıxış edib: “39 saylı MUBS-dan 9 saylı MHBS-yə keçid bütün dünya ölkələri üçün çətinlik yaratmış və Azərbaycanın maliyyə bazarı da istisna olmayıb. ARPA forumu və onun çoxsaylı iştirakçıları bazar iştirakçılarının bu məsələyə xüsusi diqqətini göstərir. MDB məkanında bazarın lideri olaraq EY şirkəti 9 saylı MHBS-nin tətbiq edilməsi zamanı müstəsna müştəri xidmətlərini göstərmək iqtidarındadır”.

EY haqqında

EY audit, vergi, əməliyyatların müşayiət edilməsi və məsləhət xidmətləri üzrə qlobal liderdir. Dərin biliklər və göstərdiyimiz keyfiyyətli xidmətlər bizə bütün dünyada kapital bazarlarının və iqtisadiyyatların etibarını qazanmağa kömək edir. Biz bütün maraqlı tərəflərə verdiyimiz vədləri təmin edən komanda toplamaq üçün görkəmli liderlər yetişdiririk. Bunu etməklə, biz insanlarımız, müştərilərimiz və cəmiyyətlərimiz üçün daha yaxşı iş dünyasının qurulmasında mühüm rol oynayırıq.

EY bütün MDB-də fəaliyyət göstərən şirkətlərlə əməkdaşlıq edir və biznes məqsədlərinə çatmaqda onlara kömək edir. MDB-də (Bakı, Moskva, Sankt-Peterburq, Novosibirsk, Kazan, Krasnodar, Rostov-na-Donu, Tolyatti, Vladivostok, Almatı, Astana, Bişkək, Kiyev, Daşkənd, Tbilisi, Minsk və digər yerlərdə) yerləşən 20 ofisdə 5,000 peşəkar çalışır.

EY qlobal təşkilatdır və EY dedikdə, Ernst & Young Global Limited qlobal şirkətlər qrupunun bir və ya bir neçə üzvü nəzərdə tutulur. Hər bir üzv ayrıca hüquqi şəxsdir. EY Global Limited, məsuliyyətli üzvlərinin zəmanətləri ilə məhdudlaşan Böyük Britaniya şirkəti olaraq, müştərilərə xidmətlər göstərmir. Daha ətraflı məlumat almaq üçün buraya müraciət edə bilərsiniz: www.ey.com

EY Azərbaycanda

EY 23 il bundan əvvəl Bakıda ofis açmaqla Azərbaycana və regiona öz dəyərli töhfəsini vermişdir. Bu gün biz, Azərbaycanda fəaliyyət göstərən aparıcı firma olmaqla yanaşı, bütün bölgədə də liderik. Geniş bilik və təcrübəmiz sayəsində biz həm yerli, həm beynəlxalq şirkətlərə, həm də dövlət müəssisələrinə beynəlxalq iqtisadi məsələlərlə bağlı çətinlikləri dəf etməyə kömək edirik.

Hazırda Bakı ofisimizdə Azərbaycan Respublikasındakı müştərilərimizə xidmət göstərən 190-dan çox işçi çalışır. EY-ın Xəzər regionundakı güclü mövqeyi və firmanın öz resurslarından tam şəkildə istifadə etməsi regionda fəaliyyət göstərən müəssisələr üçün böyük əhəmiyyət kəsb edir. Bu, firma inkişaf etdikcə, EY-ın yerli mütəxəssisləri cəlb etmək və onları təcrübəmizdə aparıcı mövqe tutmaq üçün təlimləndirmək ənənəsinə sadiq qalacağı deməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti