...

"Azərişıq": Bölgələrdə SMART işıq sayğaclarında kütləvi problem yaranmayıb

İqtisadiyyat Materials 24 Yanvar 2018 11:22 (UTC +04:00)
Bölgələrdə SMART işıq sayğaclarının proqram təminatında kütləvi problem yaranmayıb.
"Azərişıq": Bölgələrdə SMART işıq sayğaclarında kütləvi problem yaranmayıb

Bakı. Samir Əli - Trend:

Bölgələrdə SMART işıq sayğaclarının proqram təminatında kütləvi problem yaranmayıb.

Bu barədə Trend-ə “Azərişıq” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

Onun sözlərinə görə, bu, bir-iki sayğacda baş verə bilər: "Yeni abonentlər üçün kütləvi şəkildə SMART sayğacları quraşdırılır. 200-300 sayğacdan birində hər hansı texniki qüsur ola bilər. Texniki qüsur olanda sayğacın kartının oxuma funksiyası itir. Bundan başqa, kart səhv daxil ediləndə də sayğacın proqram təminatı pozulur. Eləcə də, abonentlər kartı zədələdikdə və ya nəm yerdə saxladıqda kart öz funksiyasını itirir. Buna görə kartların istifadəsində problemlər ola bilir".

T. Mustafayev deyib ki, fərdi qaydada bəzi abonentlərin SMART sayğaclarının proqram təminatında müəyyən problemlər yaranıb: "Belə halda abonentlər rayon işıq idarələrinə, Elektrik Şəbəkələrinə müraciət etsə, "Azərişıq" əməkdaşları yaranmış problemi operativ qaydada aradan qaldırır. Hazırda ölkədə elektrik enerjisi ilə təchizatda heç bir problem yoxdur. Eyni zamanda, abonentlər elektrik enerjisinə görə, ödənişləri poçt şöbələri, banklar vasitəsi ilə, eləcə də həm onlayn, həm də mobil telefonlar vasitəsi ilə də yüksək səviyyədə rahatlıqla həyata keçirir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti