...

Talassemiya Mərkəzi publik hüquqi şəxs olsa da, burada müalicə alanlar üçün xidmətlər pullu olmayacaq

İqtisadiyyat Materials 31 Yanvar 2018 11:13 (UTC +04:00)
Talassemiya Mərkəzi publik hüquqi şəxs olsa da, burada müalicə alanlar üçün xidmətlər pullu olmayacaq.
Talassemiya Mərkəzi publik hüquqi şəxs olsa da, burada müalicə alanlar üçün xidmətlər pullu olmayacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

Talassemiya Mərkəzi publik hüquqi şəxs statusu alsa da, burada müalicə alan xəstələr üçün heç bir pullu xidmət olmayacaq. Trend-in məlumatına görə, bunu Mərkəzin direktoru Valeh Hüseynov deyib.

O qeyd edib ki, publik hüquqi şəxs statusunun alınmasında məqsəd Talassemiya Mərkəzinin maddi-texniki bazasının daha da təkmilləşdirilməsi, müasir səviyyəli laborator və digər hissələrin talassemiyalı xəstələrlə yanaşı, əhalinin qan xəstələrinə də xidmət göstərməsini təmin etməkdir.

Mərkəz direktoru bildirib ki, talassemiyalı xəstələrin dövlətin qayğısından daha da yararlanması nəzərdə tutulur:

"Bu xəstələr üçün heç bir pullu xidmət olmayacaq. İstəyimiz odur ki, belə xəstələr müalicə üçün hansısa xarici ölkəyə getməsinlər. Lakin kənardan gələn xəstələr üçün digər xidmətlərdən istifadə ödənişli olacaq. Məsələn, laborator müayinədən istifadə etmək istəyənlər üçün xidmətlər pullu olacaq. Bu, sığorta olunan insanlara da şamil ediləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti