...

Latviya ilə ikitərəfli avtomobil daşımaları və tranzit keçid 20% artırılacaq (FOTO)

İqtisadiyyat Materials 2 İyul 2018 17:18 (UTC +04:00)
“Azərbaycan-Latviya Qarışıq Komissiyası”nın növbəti iclası keçirilib.
Latviya ilə ikitərəfli avtomobil daşımaları və tranzit keçid 20% artırılacaq (FOTO)

Bakı. Trend:

Bakıda Azərbaycanla Latviya arasında həyata keçirilən beynəlxalq avtomobil əlaqələri sahəsində “Azərbaycan-Latviya Qarışıq Komissiyası”nın növbəti iclası keçirilib.

Trend-in məlumatına görə, görüşdə Azərbaycan nümayəndə heyətinə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov, Latviya nümayəndə heyətinə Latviya Rabitə Nazirliyinin Avtomobil Nəqliyyatı Departamentinin direktoru Talivaldis Veçtirans rəhbərlik edib.

T.Veçtirans Latviyada son vaxtlar beynəlxalq avtomobil daşımaları sahəsində qəbul edilən qanunlar, yeni sistemlə tətbiq edilən yol vergiləri ödənişləri, eyni zamanda nəqliyyat vasitələrinin sürücülərinin iş və istirahət rejimini qeydiyyata alan rəqəmli taxoqrafların tətbiqi barədə ətraflı məlumat verib.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi H.Həsənov son illər ölkəmizdə həyata keçirilən irimiqyaslı islahatlardan, Azərbaycan-Latviya ikitərəfli əlaqələrindən, həmçinin yol-nəqliyyat strukturundakı yeniliklərdən, həyata keçirilən regional layihələrdən danışıb.

Eyni zamanda, avtomobil daşımaları sahəsində Azərbaycan avtodaşıyıcılarının Latviya avtodaşıyıcılarına nisbətdə üstünlük təşkil etdiyini nəzərə alaraq, 2019-cu ildə ikitərəfli daşımalar və tranzit keçid üçün "İcazə"lərin 20% artırılması barədə tərəflər razılığa gəlib.

Yuxarıda qeyd edilən məsələlər, həmçinin reqlamentdə nəzərdə tutulan aidiyyəti üzrə digər aktual məsələlər də müzakirə edildikdən sonra nümayəndə heyəti arasında müvafiq Protokolun imzalanması ilə “Azərbaycan-Latviya Qarışıq Komissiyası”nın növbəti iclası öz işinə yekun vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti