...

Avropa Yenidənqurma və İnkişaf Bankı Unibank-dakı payını iki dəfədən çox artırıb

İqtisadiyyat Materials 12 İyul 2018 15:11 (UTC +04:00)
Unibank-ın səhmdarları siyahısında dəyişiklik olub
Avropa Yenidənqurma və İnkişaf Bankı Unibank-dakı payını iki dəfədən çox artırıb

Bakı. Trend:

Unibank-ın səhmdarları siyahısında dəyişiklik olub.

Bank-dan Trend-ə verilən məlumata görə, səhmdarlardan biri Avropa Yenidənqurma və İnkişaf Bankı, digər səhmdarı DEG - Almaniya İnvestisiya və İnkişaf Cəmiyyətinə məxsus olan adlı sənədsiz səs hüququ verən bütün səhmlərini alıb.

17 May 2018-ci il tarixində “Unicapital” İnvestisiya Şirkəti ASC tərəfindən rəsmiləşdirilməsi həyata keçirilmiş əqdə əsasən, Milli Depozit Mərkəzi bu səhmlərə mülkiyyət hüququnun ötürülməsini 3 İyul 2018-ci il tarixində qeydə alıb və bunun nəticəsində Avropa Yenidənqurma və İnkişaf Bankı, Bankın Nizamnamə Kapitalındakı payını 18,4865 %-dən 44,4748 %-ə qədər çatdırmaqla, 20 551 010 ədəd səhminin mülkiyyətçisinə çevrilib.

Unibank 25 ildən çoxdur ki, ölkəmizin bank sektorunda fəaliyyət göstərir. Hazırda respublikanın bütün ərazisini əhatə edən 31 filialdan ibarət xidmət şəbəkəsi ilə bir milyondan artıq müştəriyə xidmət edir. Daim yeni və sərfəli məhsulları ilə seçilən Unibank, öz strategiyasına uyğun olaraq kiçik və orta sahibkarlığın kreditləşdirilməsi, mikro və nağd istehlak kreditlərinin verilməsi, həmçinin qeyri-kredit məhsulları sahəsində dinamik inkişafını davam etdirir. İlin əvvəlindən stabil inkişaf edən bank, kredit və depozit portfeli həcminə görə ölkə bankları arasında ilk onluqda yer alır. Unibank 2018-ci ilin ikinci rübünü 15 milyon manata yaxın mənfəətlə yekunlaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti