...

Bakı-Sumqayıt yolunda rənglənmə işləri aparılacaq, ona görə...

İqtisadiyyat Materials 16 İyul 2018 11:49 (UTC +04:00)
Bakı-Sumqayıt yolunun təmir olunan hissəsində rənglənmə işləri aparılacaq.
Bakı-Sumqayıt yolunda rənglənmə işləri aparılacaq, ona görə...

Bakı. Samir Əli - Trend:

Bakı-Sumqayıt yolunun təmir olunan hissəsində rənglənmə işləri aparılacaq.

Bu barədə Trend-ə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Onun sözlərinə görə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Sumqayıt yolu, Xırdalan dairəsindən Şamaxinka dairəsinə kimi bu gecə saat 23:00-dan səhər saatlarınadək üfiqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Sürücülərdən sözügedən istiqamətdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti