...

“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası Məmmədlidə

İqtisadiyyat Materials 25 İyul 2018 13:36 (UTC +04:00)
Əmlak Məsələləri Dövlət Komitəsinin vətəndaş amilinə əsaslanan “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” adlı kampaniyasının növbəti ünvanı Abşeron rayonu, Məmmədli kəndi olacaq.
“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası Məmmədlidə

Bakı. Trend:

Əmlak Məsələləri Dövlət Komitəsinin vətəndaş amilinə əsaslanan “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” adlı kampaniyasının növbəti ünvanı Abşeron rayonu, Məmmədli kəndi olacaq.

Komitədən Trend-ə verilən məlumata görə, sakinlər iyulun 30-dan avqustun 3-dək saat 09:00-dan 17:00-a qədər Abşeron rayonu, Məmmədli kəndi, Əli Bayramov küçəsi 30 ünvanında fəaliyyət göstərən komitənin mobil ofislərində daşınmaz əmlakla bağlı bütün növ qeydiyyat xidmətlərindən faydalana bilərlər.

Qeyd edək ki, daşınmaz əmlakın qeydiyyatı sahəsində həyata keçirilən bu sosial kampaniya hazırda Saray qəsəbəsində, V.Axundov küçəsi, 28 ünvanında vətəndaşlara xidmət göstərir. Bu kampaniya iyulun 27-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti