...

Azər Türk Bank “Aşağı faiz havası” kampaniyasına başladı

İqtisadiyyat Materials 10 Sentyabr 2018 14:39 (UTC +04:00)
Müştərilərinin maliyyə ehtiyaclarının ödənilməsinə yardımçı olan, daima onlara ən əlverişli şərtlərlə kredit təklif edən dövlət bankı Azər Türk Bank 10 sentyabr tarixindən etibarən “Aşağı haiz havası” adlı növbəti kampaniyaya başlayır.
Azər Türk Bank “Aşağı faiz havası” kampaniyasına başladı

Bakı. Trend:

Müştərilərinin maliyyə ehtiyaclarının ödənilməsinə yardımçı olan, daima onlara ən əlverişli şərtlərlə kredit təklif edən dövlət bankı Azər Türk Bank 10 sentyabr tarixindən etibarən “Aşağı faiz havası” adlı növbəti kampaniyaya başlayır.

Kampaniyanın əsas məqsədi, kredit götürən müştərilərə, təklif edilən güzəştlərdən yararlanmaqla, ödəmələrini daha rahat və asan həyata keçirmələri üçün imkan yaratmaqdır.

Bu kampaniya çərçivəsində “İstehlak” krediti əldə etmək istəyən müştərilərə bank tərəfindən güzəştlər təklif olunur. Belə ki, 12, 24 və 36 ay müddətinə rəsmiləşdirilən bu kreditlərin illik faiz dərəcəsinə 1% endirim tətbiq edilir. Məsələn, kampaniya ərzində 12 ay müddətinə götürülən kreditlər üzrə faizlər, adi halda olduğu kimi illik 19% deyil, 18%-lə hesablanacaq.

Bundan başqa, verilən kredit üzrə birinci ay müştəridən faiz ödənişi tələb edilmir. Kampaniyanın şərtlərinə uyğun olaraq, faizlər kredit verilən tarixdən bir ay sonra hesablanmağa başlayır və məbləğ aybaay bərabər hissələrlə ödənilir. Qeyd edək ki, birinci ay üzrə ödənilməyən faizin məbləği sonrakı ayların ödənişlərinin üzərinə əlavə edilmir.

Kampaniya sentyabrın 30-dək davam edəcək.

Daha ətraflı məlumatı www.azerturkbank.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti