...

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” tərəfindən şin-təkərlərin satınalınması ilə əlaqədar elan edilən açıq müsabiqənin müddəti uzadılıb

İqtisadiyyat Materials 3 Oktyabr 2018 12:09 (UTC +04:00)
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” tərəfindən elan edilən açıq müsabiqənin müddəti uzadılıb
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” tərəfindən şin-təkərlərin satınalınması ilə əlaqədar elan edilən açıq müsabiqənin müddəti uzadılıb

Bakı. Trend:

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətində istifadə olunan texnikalar üçün zəruri olan şin-təkərlərin satınalınması ilə əlaqədar elan edilmiş açıq müsabiqənin müddəti uzadılıb:

Müsabiqədə iştirak etmək üçün tələb olunan sənədləri (açıq müsabiqə şərtləri) (qiymət təklifi istisna olmaqla) 08 oktyabr 2018-ci il saat 17.00-dək, qiymət təklifi isə möhürlənmiş zərfdə 11 oktyabr 2018-ci il saat 17.00-dək “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə (ünvan: Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72) təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaq. Zərflər 12 oktyabr 2018-ci il saat 15.00-da yuxarıda qeyd olunan ünvanda açılacaq.

Müsabiqədə iştirak etmək istəyənlər Azərbaycan dilində tərtib olunmuş açıq müsabiqə şərtlərini Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72 ünvandan ala bilərlər:

Əlaqə telefonları: 498-91-84; 599-00-03 (1401).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti