Bakı. Sara İsrafilbəyova - Trend:
Polşanın “Ambiens” ətraf mühit məsələləri üzrə konsaltinq şirkəti Azərbaycanda rəsmi nümayəndəliyini qeydiyyatdan keçirib.
Trend bu barədə Vergilər Nazirliyinin “Vergilər” qəzetinə istinadən məlumat verir.
Şirkətin rəsmi nümayəndəsi Namazov Rasim Sərvər oğlu, hüquqi ünvanı – Bakı, Yasamal rayonu, C.Cabbarlı küçəsi, 44-dür.
Qeyd edək ki, “Ambiens” Polşanın ekoloji konsaltinq sahəsində aparıcı şirkətlərindəndir. Şirkət əsasən bərpa olunan enerji və mobil rabitə sahələrində xidmətlər göstərir.