...

Bitkoin 3,8 min dollardan aşağı düşüb

İqtisadiyyat Materials 26 Dekabr 2018 04:33 (UTC +04:00)
Dünyanın ən populyar kriptovalyutası olan bitkoin ucuzlaşmaqda davam edir
Bitkoin 3,8 min dollardan aşağı düşüb

Trend-i buradan izləyin

Bakı. Trend:

Dünyanın ən populyar kriptovalyutası olan bitkoin ucuzlaşmaqda davam edir.

Trend-in məlumatına görə, bitkoin 3 800 dollardan ucuz alınıb satılır.

"CoinMarketCap" portalının məlumatına əsasən, bitkoinin qiyməti son sutka ərzində 9,53% azalaraq 3739,53 dollar təşkil edib.

Alternativ kriptovalyutaların qiyməti daha kəskin ucuzlaşır.

Belə ki, "Ethereum" 12,82% və ya 129,38, "Ripple" 11,25% və ya 0,379 dollaradək ucuzlaşıb.

Kriptovalyuta bazarının kapitallaşması hazırda 129,13 milyard dollar təşkil edir və bunun 51,5 faizi bitkoinin payına düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti