Bakı. Trend:
Avstriyanın paytaxt şəhəri Vyanada 15-16 yanvar tarixlərində növbəti Euromoney Mərkəzi və Şərqi Avropa Forumu təşkil olunub.
Öncəki illərdə olduğu kimi, bu il də bu mötəbər tədbir nüfuzlu emitentlər, investorlar, maliyyə institutları, aparıcı banklar və dövlət rəsmilərini bir araya gətirərək Mərkəzi və Şərqi Avropa ölkələrində cərəyan edən önəmli hadisələr, bazar trendləri və perspektivlər barədə fikir mübadilələri aparıb.
Sayca 24-cü olan builki forumda Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bank da təmsil olunub. Avropada keçirilən ən iri işgüzar tədbirlərdən hesab olunan Euromoney Forumu regionda əsaslı biznes əlaqələrinin qurulması və əməkdaşlığın inkişafında mühüm rol oynayır.
#PASHABank #Euromoney#EuromoneyCentralandEasternEuropeanForum2019