Qaxda iri və xırdabuynuzlu heyvanlar arasında profilaktik peyvəndləmə işləri aparılır

Qaxda iri və xırdabuynuzlu heyvanlar arasında profilaktik peyvəndləmə işləri aparılır

Bakı. Trend:

Yanvar ayının ilk günlərindən başlayaraq Qax rayonunda heyvanlar arasında profilaktik peyvəndləmə və diaqnostik müayinə tədbirləri aparılır.

Trend-in məlumatına görə, rayonda aparılan epizootik tədbirlərlə yanaşı, heyvan sahibləri arasında maariflənmə və təlim işləri də həyata keçirilir. Bu zaman baytarlıq preparatlarının istifadəsində şəffaflığın təmin edilməsi məqsədilə üzərində "Satıla bilməz" yazılmış biopreparatların və dərman maddələrinin heyvanlara təmənnasız tətbiq edilməsi, baytarlıq preparatları və vaksinlərin istifadəsi zamanı təhlükəsizlik qaydalarına əməl olunması, eləcə də sahibkarlar tərəfindən özbaşına-baytar həkiminin iştirakı olmadan heyvanlara dərman preparatlarının verilməsi və gənələrə qarşı çimizdirilmə aparılan zaman təlimatın gözlənilməməsi, heyvanların yem rasionuna düzgün əməl edilməməsi və digər mühüm amillərin nəticəsində yaranan fəsadlar barədə ətraflı söhbətlər edilir. Həmçinin keçirilən görüş və təlimlər çərçivəsində həm iti yoluxucu, həm də yoluxmayan xəstəliklər barədə təsərrüfat sahibləri məlumatlandırılır, onlara xəstəliklər barədə bukletlər və bildirişlər təqdim edilməklə təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunması tövsiyə edilir.

Mövsümi xəstəliklərə, o cümlədən qan parazitləri, helmintozlar və dəri üstü parazitlərə qarşı heyvan sahibinin hesabına aparılacaq tədbirlər barədə məsləhətlər, həmçinin risklər (xəstəliklərin yaranma, ötürülmə, yoluxma, idarə olunma, azaldılma və qarşısının alınması) və yeni yanaşmalar barədə ətraflı məlumatlar verilir.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti bildirir ki, Qax rayonunda "Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı"na uyğun xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktik peyvəndləmə, diaqnostik müayinə, dezinfeksiya və digər tədbirlər davam etdirilir. Qeyd olunan tədbirlər Qax Rayon Baytarlıq İdarəsinin 12 sahə baytarlıq məntəqəsi tərəfindən aparılır.

İdarə rayonda saxlanılan 25 min baş iribuynuzlu, 136 min baş xırdabuynuzlu, 850 baş təkdırnaqlı heyvana, 4 min baş itə və 203 500 baş quşa baytarlıq xidməti göstərir.
Qax Rayon Baytarlıq İdarəsi cari ilin müvafiq dövrü ərzində 23 733 baş iribuynuzlu, 73 323 baş xırdabuynuzlu, 1449 baş təkdırnaqlı heyvanda və 2008 baş donuzda qarayara, 3929 baş sahibli itdə quduzluq, 237 baş iribuynuzlu heyvanda bruselyoz, 1890 baş donuz klassik taun xəstəliklərinə qarşı peyvənd aparılıb. Eləcə də bu dövr ərzində 279 580 baş cücədə ("La-Sota" ştammı ilə) nyukasl xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri yerinə yetirilib.

Qax rayonu ərazisində saxlanılan iri və xırdabuynuzlu heyvanlar arasında həm də dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbiri icra edilir. Artıq 24 655 baş iribuynuzlu və 88895 baş xırdabuynuzlu heyvanda dabaq xəstəliyinə qarşı peyvəndləmə aparılıb.
Mart ayının ilk günlərindən isə Qax Rayon Baytarlıq İdarəsi tərəfindən sahə baytarlıq məntəqələri arasında iribuynuzlu heyvanların iti yoluxucu nodulyar dermatit xəstəliyinə qarşı aparılacaq vaksinin bölgüsü başa çatdırılıb və peyvəndləmə tədbirinə başlanılıb. Artıq 16 329 baş iribuynuzlu heyvanda nodulyar dermatit xəstəliyinə qarşı peyvəndləmə işi aparılıb. Bu müddətdə həm də 600 kvadratmetr sahədə məcburi, 8733 kvadratmetr sahədə isə profilaktik dezinfeksiya işləri aparılıb. Ümumiyyətlə, rayonun təsərrüfatlarında heyvanlar arasında aparılan peyvəndləmə tədbirləri "soyuq zəncir" rejiminə riayət olunmaqla həyata keçirilir.

Qax rayonu ərazisində saxlanılan heyvanlarda bundan sonra da peyvəndləmə tədbirləri davam etdiriləcək. Belə ki, iribuynuzlu heyvanlarda leptospiroz, bruselyoz (ştamm-19 vaksini ilə), xırdabuynuzlu heyvanlarda çiçək, bruselyoz (Rev-1 vaksini ilə), leptospiroz, quşlar arasında nyukasl və digər xəstəliklərə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılacaq. Həmçinin atlarda manqo (göz sınağı müayinəsi), iribuynuzlu heyvanlarda vərəm (allergik müayinə), xırdabuynuzlu heyvanlarda bruselyoz və qoçlarda epididimitə (seroloji müayinə) görə diaqnostik, quşlarda, iri və xırdabuynuzlu heyvanlarda (askaridioz, diktikaulyoz, fassilyoz və s.) koproloji müayinələrin aparılması nəzərdə tutulur.

Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.

Maskadan istifadə etməyən bəzi vətəndaşlar cərimələndi
Maskadan istifadə etməyən bəzi vətəndaşlar cərimələndi
"Sədərək" Ticarət Mərkəzində maskadan istifadəyə nəzarət gücləndirildi
"Sədərək" Ticarət Mərkəzində maskadan istifadəyə nəzarət gücləndirildi
Ermənistan sutka ərzində atəşkəsi 23 dəfə pozdu
Ermənistan sutka ərzində atəşkəsi 23 dəfə pozdu
Loading Bars
Xəbər lenti
İbrahim Məmmədov: Karantin qaydalarının yenidən sərtləşdirilməsi məsələsi müzakirə edilir
Nazirlər Kabineti yanında Operativ Qərargah brifinq keçirir (CANLI)
Prezident İlham Əliyev yenidən qurulan “Ağcabədi-2” elektrik yarımstansiyasının istifadəyə verilməsi mərasimində iştirak edib (FOTO)
Prezident İlham Əliyevdən xəritəyə görə icra başçısına irad: Sisyanın əsl adı Qarakilsədir. Ona görə bunu pozun və Qarakilsə yazın
UNEC tələbələrinə imtahan sessiyasında əlavə güzəştlər olunub
İqtisadiyyat Nazirliyi 2785 obyektdə monitorinq aparıb: Pozuntular aşkarlanıb (FOTO)
AQTA İmişli və Bərdədə reyd keçirdi - İki müəssisənin fəaliyyəti məhdudlaşdırıldı (FOTO)
Ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulunun vaxtı uzadılıb
Azercell uşaqlar üçün “Mobil TV” xidmətini istifadəyə verdi
Ağcabədi şəhərinin içməli su təchizatı və kanalizasiya sistemləri istismara verilib
Azərbaycan hərbçiləri Moskvada keçiriləcək hərbi paradda iştirak edəcək
Ağcabədidə “ASAN xidmət” mərkəzi açılıb (FOTO)
Ağcabədidə dənli bitki toxumlarının emalı zavodu istifadəyə verilib (FOTO)
Prezident İlham Əliyev Ağcabədidə taxıl biçininə başlanması mərasimində iştirak edib
Prezident İlham Əliyevin Ağcabədi rayonuna səfəri (FOTO)
Məzahir Əfəndiyev: Koronavirusla mübarizədə medianın rolu böyükdür
"Dərs vaxtı" verilişinin sabahkı cədvəli müəyyənləşdirilib
Bakıda qətl hadisəsinin üstü “isti izlərlə” açılıb - RƏSMİ
Qazaxda otlaq sahədə top mərmisi tapılıb
"Barselona"da koronavirus həyəcanı - 5 futbolçu yoluxubmuş
İyunun 4-də dolların manata qarşı məzənnəsi
Bərdədə su kanalına atılan heyvan leşləri məhv edilib
Bakıda qəza uzun tıxaca səbəb oldu (FOTO)
Vergi ödəyicilərinə hansı güzəştlər edilir? - RƏSMİ AÇIQLAMA
Müharibə veteranları ilə bağlı qanunvericiliyə yeni TƏKLİF
Prezident İlham Əliyev Ağdam rayonu ərazisindəki “N” saylı hərbi hissədə olub
Yer kürəsinin ən təmiz ərazisi açıqlanıb
Tərtərin Xoruzlu kəndində yeni ümumtəhsil məktəbi tikiləcək - SƏRƏNCAM
Tərtərdə 21 ədəd subartezian quyusu qazılacaq - SƏRƏNCAM
Qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirilib
Bakıda dağlıq ərazidə baş verən yanğın söndürülüb
Bakıda pandemiya dövründə əhali ərzağa daha çox pul xərcləyib - STATİSTİKA
Bakıda qadın qızının sevgilisini bıçaqladı - Qızı ilə evlənmək istəmədiyi üçün
Vüqar Bayramov: Yeni vergi rejimində sahibkarlar daha az vergi ödəməklə xərclərinə qənaət edəcəklər
Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb
Maskadan istifadə etməyən bəzi vətəndaşlar cərimələndi
ÜST: Koronavirusun ikinci dalğası qaçılmaz deyil
Rusiyada koronavirusa yoluxanların sayı 430 min nəfəri keçdi
Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Prezident İlham Əliyevi təbrik edib
İsveçrə mediasında Azərbaycandan bəhs edilib
Salyanda narkotik tərkibli bitkilər əkib-becərən şəxs saxlanıldı (FOTO)
Çexiya ilə Slovakiya arasında sərhədlər sabah açılır
Bu il Şahdəniz yatağı üzrə gəlirlər açıqlanıb
Güclü külək əsəcək, temperatur aşağı düşəcək - Xəbərdarlıq
DYP sərnişindaşıma fəaliyyəti ilə məşğul olanlara və sərnişinlərə müraciət edib
“Azərxalça” ASC-nin Tərtər filialı açılıb (FOTO)
Paytaxtda bankomatdan pul çıxaran qadını izlədilər, sonra çantasını soydular (FOTO)
İranda koronavirusdan ölәnlәrin sayı 8 mini keçib
26 Qazaxıstan vətəndaşı öz ölkələrinə yola salınıb
AXC-nin 102-ci ildönümü münasibətilə Peru Konqresi təbrik bəyanatı qəbul edib
Sabah Bakıda 27 dərəcə isti olacaq
Qaxda zəlzələ olub
“Tərtər” elektrik yarımstansiyası yenidənqurmadan sonra istismara verilib (FOTO) (YENİLƏNİB)
ABŞ-da etirazlar zamanı 9 mindən çox şəxs saxlanılıb
Muğam Mərkəzinin "Unudulmayanlar" layihəsi Xalq artisti Əlövsət Sadıqova həsr olunub (VİDEO)
Tərtər Olimpiya İdman Kompleksinin açılışı olub (FOTO) (YENİLƏNİB)
Buruc-Gülabatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı yolu yenidənqurmadan sonra istifadəyə verilib (FOTO) (YENİLƏNİB)
Prezident İlham Əliyev Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edib (FOTO) (YENİLƏNİB)
Prezident İlham Əliyev Tərtər rayonuna səfərə gəlib (FOTO)
Bakı bulvarı sizi keçmişə götürəcək - Bu FOTOlar ilk dəfə təqdim olunur
Ermənistanda ilk dəfə koronavirusa yoluxmuş 4 yaşlı uşaqda Kavasaki sindromu qeydə alınıb
Bilgəhdə dənizdə batan "Jeep" çıxarıldı
İbuprofenin koronavirusa qarşı sınaqları başlayıb
Macarıstan: Ölkəmizə yardım göstərən ölkələr arasında ilk sırada Türkiyə və digər türk dövlətləri yer alır
Cavid Osmanov: Uğurlu siyasət nəticəsində pandemiya dövründə Azərbaycan iqtisadiyyatında artım qeydə alındı
Azərbaycan alimi Türkiyədəki Xəzər gölünün etimologiyasını araşdırıb
Prezidentə yazırlar: Bu çətin günlərdə atdığınız məqsədyönlü addımlar bir daha sübut edir ki, Siz daim xalqın yanındasınız
Bakıda arvadını qətlə yetirən şəxsin məhkəməsi başladı
Teledərslər iyunun 16-dan yeni formatda keçiriləcək
Bakıda maşın oğrusu qəza törətdi (FOTO)
İsraildə yaxınmənzilli ballistik raketlər sınaqdan keçirilib
Subbakalavrların ali məkətblərə ərizə qəbulu iyulun 10-dək uzadılıb
Bakıda kriminal avtoriteti qətlə yetirənlər məhkəmə qarşısında
Azərbaycandan bu il Həcc ziyarəti olmaya bilər
"Google" 5 milyard dollar cərimələnə bilər
Gədəbəydə ana və azyaşlı uşağını güllələyən şəxsin məhkəməsi başladı
Daha bir tikinti şirkətinin təsisçiləri barədə cinayət işi başlandı
Gürcüstanda daha bir nəfər koronavirusdan öldü
Sosial ödənişlər təxminən 25 faiz artıb
Bakıda arvadını 5-ci mərtəbədən atıb öldürən şəxsin cinayət işinin icraatı dayandırıldı
"Kapital Bank"dan nağd pul krediti üzrə nağdlaşdırma komissiyası 0% oldu
Mingəçevirdə silsilə oğurluq edən şəxs saxlanıldı (FOTO)
Unibank hər kəs üçün 0% komissiyalı kredit kampaniyası keçirir
"Twitter"in direktorlar şurasının sədri vəzifəsini tərk edib
500-dən çox fermerə 5.2 milyon manat güzəştli mikrokredit verilib
Azərbaycan İlahiyyat İnstitutunda yay imtahan sessiyasının keçirilmə qaydaları açıqlandı
Naqif Həmzəyev: Karantin rejimi qaydalarını pozanlara qarşı hamı səfərbər olmalıdır
Dəmir yolu stansiyalarında pulsuz velosiped dayanacaqları quraşdırılır (FOTO)
Ermənistanda 12 nəfər koronavirusdan öldü
Mərkəzi Gömrük Hospitalının həkim-ginekoloqu “Sonsuzluğun müasir müalicə metodları" mövzusunda çıxış edəcək
Tramp Nyu-Yorka qoşun yeritməyə çağırdı
Azərbaycan regionlarının inkişafının coğrafi məsələləri (FOTO)
DİM həftə sonunda imtahan verəcək abituriyentlərə müraciət edib
"İmprotex Motors" şirkəti hibrid və tam elektrik mühərrikli avtomobillərinin satışını elan etdi (FOTO)
Biləsuvarda qətl törədən şəxs tutuldu
Azərbaycan neftinin qiyməti 40 dolları ötdü
DİM: İmtahanda yüksək temperatur və ya üşütmə əlamətləri hiss edənlər bu barədə nəzarətçiyə məlumat verməlidir (VİDEO)
"Sədərək" Ticarət Mərkəzində maskadan istifadəyə nəzarət gücləndirildi
Türkiyə və Azərbaycan vətəndaşları üçün 90 günlük viza tələbi aradan qaldırıldı
Mingəçevir Dövlət Universitetində professor-müəllim heyəti ilə görüş keçirilib (FOTO)
Bütün xəbərlər