Bakı. Trend:
Respublika ərazisində taxıl biçini davam edir. Bu il Azərbaycan ərazisində 1 009 139,8 hektar sahədə taxıl əkini aparılıb.
Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, bunlardan 677 793 hektarı buğda, 331 346,8 hektarı arpa sahəsidir.
İyunun 8-nə olan operativ məlumata görə, ölkə ərazisində 147 489 hektar ərazidə taxıl biçini aparılıb, 144 499,5 hektar ərazidə arpa, 2990,2 hektar ərazidə buğda biçini başa çatıb. Ümumilikdə bu günədək ölkə üzrə 436 570,5 ton taxıl istehsal olunub, orta məhsuldarlıq hər hektara 29,6 sentner təşkil edir.
Kürdəmir rayonunda arpa biçini başa çatmaq üzrədir. Rayon ərazisində arpa əkilmiş 29 926 hektar sahənin 27 960 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 33,3 s/ha təşkil edir. Neftşala, Şəki, Biləsuvar və Sabirabad rayonlarında da arpa biçinində yüksək nəticələr əldə edilib:
Rayon |
Arpa sahəsi, ha |
Biçilmiş sahə, ha |
Məhsuldarlıq, s/ha |
Neftçala |
31404 |
22670 |
23,1 |
Şəki |
21626,3 |
9600 |
34 |
Biləsuvar |
14900 |
11350 |
29 |
Sabirabad |
9600 |
7500 |
38,8 |
Digər rayonlarda da arpa biçini qrafikə uyğun davam etdirilir.
Ölkə üzrə taxıl biçininə 1340 kombayn cəlb olunub. Bunlardan 506-sı “Aqrolizinq” ASC-nin balansında olan kombaynlardır. Arpa biçininə cəlb olunan digər kombaynlar isə fiziki və hüquqi şəxslərə məxsusdur. “Aqrolizinq” ASC-nin kombaynları ilə 61 695 hektar, fiziki və hüquqi şəxslərdə olan kombaynlarla 85 794 hektar sahə biçilib.