• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
Day.Az Milli.Az
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Daxil ol
  • Qeydiyyatdan keç
  • Əsas səhifə
  • İqtisadiyyat

Azərbaycanla BƏT arasında əməkdaşlıq gündəliyinin daha da genişləndirilməsi məsələləri müzakirə olunub

19 İyun 2019 12:07 (UTC+04:00)
  • 0
  • 0

Bakı. Trend:

Beynəlxalq Əmək Təşkilatının (BƏT) Cenevrə şəhərində (İsveçrə) keçirilən Beynəlxalq Əmək Konfransının 108-ci sessiyasında iştirak edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev səfər çərçivəsində Beynəlxalq Əmək Təşkilatının (BƏT) Avropa və Mərkəzi Asiya üzrə Regional direktoru Haynts Koller ilə görüşüb.

Trend-in məlumatına görə, görüşdə Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Vaqif Sadıqov, BƏT-in Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə ofisinin direktoru Olqa Kulayeva və b. da iştirak edib.

S.Babayev Prezident İlham Əliyevin uğurlu sosial islahatlar proqramının əhalinin rifah halının yüksəldilməsi istiqamətində ardıcıl olaraq mühüm addımların atılmasına imkan verdiyini vurğulayıb. O, ölkəmizdə əmək haqları və minimum pensiya məbləğlərinin əhəmiyyətli şəkildə artırıldığını diqqətə çatdırıb, əmək, məşğulluq və sosial müdafiə sahəsində aparılan islahatlar barədə məlumat verib.

Nazir respublikamızda aktiv məşğuluq proqramlarının, o cümlədən özünüməşğulluq proqramının əhatə dairəsinin dəfələrlə genişləndirildiyini vurğulayıb. Bildirib ki, ölkəmizdə icra olunan bu proqram, həmçinin sosial yardım və əlilliyin qiymətləndirilməsi sahəsində Azərbaycanın avtomatlaşdırılmış sistemləri, respublikada qeyri-rəsmi məşğulluğun qarşısının alınması sahəsində görülən kompleks tədbirlər uğurlu təcrübələr kimi Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) “Yaxşı Təcrübə” xüsusi mükafatı ilə təltif edilib.

S.Babayev Azərbaycanda reallaşdırılan DOST layihəsi, ilk proaktiv xidmət olan avtomatlaşdırılmış pensiya təyinatı, elektron texnologiyaların əmək və sosial müdafiə, məşğulluq sahələrində geniş tətbiqi məqsədilə görülən işlər və əldə olunan uğurlu nəticələr barədə də məlumat verib.

Azərbaycanın BƏT ilə sıx və davamlı tərəfdaşlığa xüsusi önəm verdiyini qeyd edən nazir BƏT-in 100 illiyi ilə əlaqədar ölkəmizdə reallaşdırılan tədbirləri, habelə BƏT-in “Hər ölkəyə bir Konvensiya” təşəbbüsü çərçivəsində BƏT-in 155 saylı Konvensiyasının ratifikasiya edilməsi, BƏT-in “24-saat Qlobal Tur” təşəbbüsündə iştirakla bağlı görülən işləri diqqətə çatdırıb. S.Babayev bildirib ki, BSTA-nın Bakıda keçirilən Avropa Regional Sosial Təminat Sammitində BƏT-in “Əməyin gələcəyi” təşəbbüsünə uyğun olaraq, müvafiq mövzuda müzakirələr aparılıb, məktəblilər arasında “Əməyin gələcəyi” mövzusunda inşa müsabiqəsi keçirilib.

H.Koller Azərbaycanda sosial sahədə aparılan uğurlu islahatların, əmək bazarında inkişaf meyllərinin davamlı xarakter alması üçün aparılan işlərin BƏT tərəfindən məmnunluqla qarşılandığını qeyd edib. O, ölkəmizin bu Təşkilatla geniş əməkdaşlıq gündəliyinə malik olmasının, Azərbaycanın BƏT təşəbbüslərinə fəal şəkildə qoşulmasının təqdirəlayiq olduğunu bildirib.

Görüşdə Azərbaycanla BƏT arasında əməkdaşlıq müstəvisinin daha da genişləndirilməsi, layiqli əməyin təminatı sahəsində birgə fəaliyyətin gələcəkdə də davam etdirilməsi və s. məsələlər müzakirə olunub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • Məqalədə:
  • Beynəlxalq Əmək Təşkilatı
  • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Digər xəbərlər
Gəncədə şəhid ailələri və müharibə əlillərinə mənzillər verilib (FOTO)
Cəmiyyət 14 Dekabr 16:21
Əlilliyi olan şəxslərə daha 50 avtomobil təqdim edilib (FOTO)
Cəmiyyət 13 Dekabr 20:06
ƏƏSMN rəhbərliyi Abşeron, Xızı və Sumqayıtda vətəndaşlarla görüşüb (FOTO)
Cəmiyyət 13 Dekabr 16:04
Ümummilli lider Heydər Əliyevin xatirəsi ehtiramla yad edilir (FOTO)
Siyasət 12 Dekabr 17:31
Bir qrup şəhid ailəsi və Qarabağ müharibəsi əlili fərdi yaşayış evləri ilə təmin olundu (FOTO)
Cəmiyyət 11 Dekabr 13:10
İslam Əməkdaşlıq Təşkilatının sosial inkişaf üzrə ilk Nazirlər Konfransı keçirilib (FOTO)
Cəmiyyət 11 Dekabr 12:00
Xəbər lenti
Mübarizə aparmırsansa, artıq məğlubsan (KÖŞƏ)
Nəzər nöqtəsi 11:34
"Milli Şura" acı məğlubiyyət yaşamamaq üçün seçkiləri boykot edib - Deputat
Siyasət 11:00
İsveçrə Azərbaycanla maliyyə məlumatlarını mübadilə edəcək
İqtisadiyyat 10:38
Vulkan püskürməsi nəticəsində qurbanların sayı 16-ya çatıb
Dünya xəbərləri 10:23
"Milli Şura" mühacir alverində adı hallanan dərnəkdir, siyasi təşkilat deyil - Sona Əliyeva
Siyasət 10:00
Cəbhədə atəşkəs yenə pozuldu - 21 dəfə
Dağlıq Qarabağ Münaqişəsi 09:34
Gəncədə yaşayış binasında yanğın olub
Hadisə 09:21
Beyrutda 50-dən çox nümayişçi xəsarət alıb
Dünya xəbərləri 09:06
Bakıda kafedə yanğın baş verib
Hadisə 08:45
Ən çox oxunanlar
Yeni il bayramında orta məktəblərdə neçə gün tətil olacaq? - Nazir müavinindən AÇIQLAMA
Yeni il bayramında orta məktəblərdə neçə gün tətil olacaq? - Nazir müavinindən AÇIQLAMA
Rəfael Dadaşov yaxın günlərdə evə buraxılacaq
YAP 126 nəfər səlahiyyətli nümayəndənin adını MSK-ya təqdim edib
Nəzər nöqtəsi
Mübarizə aparmırsansa, artıq məğlubsan (KÖŞƏ)

Mübarizə aparmırsansa, artıq məğlubsan (KÖŞƏ)

Radikallar absurd bəyanatlar səsləndirməklə ölkədə gedən müsbət proseslərə kölgə salmağa çalışırlar - Deputat
ABŞ-ın əsas hədəfi qəbul edilən “qətnamə” vasitəsilə Türkiyəni cəzalandırmaq idi - Politoloq
Azernews Newspaper
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Xəbər terminalı
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2019 Trend News Agency
İstifadə şərtləri