...

Dövlət-özəl tərəfdaşlığına dair seminar keçirilib (FOTO)

İqtisadiyyat Materials 9 İyul 2019 20:34 (UTC +04:00)
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı və İslam İnkişaf Bankının dəstəyi ilə dövlət-özəl tərəfdaşlığına dair iki günlük maarifləndirici seminar öz işinə başlayıb.
Dövlət-özəl tərəfdaşlığına dair seminar keçirilib (FOTO)

Bakı. Trend:

Bakıda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı və İslam İnkişaf Bankının dəstəyi ilə dövlət-özəl tərəfdaşlığına dair iki günlük maarifləndirici seminar öz işinə başlayıb.

KOBİA-dan Trend-ə verilən məlumata görə, bir sıra dövlət qurumlarının və potensial benefisiar təşkilatların nümayəndələrinin iştirak etdiyi tədbirdə dövlət-özəl tərəfdaşlığına dair uğurlu beynəlxalq təcrübələr, bu sahədə proqram və layihələr üzrə konsepsiya sənədləri, eləcə də onların texniki-iqtisadi əsaslandırmaları, maliyyələşmə mexanizmləri və müqavilə öhdəlikləri, iştirak və monitorinq prosesi kimi mövzular üzrə ətraflı məlumat verilib.

Məlumat üçün qeyd edək ki, KOBİA-nın fəaliyyət istiqamətlərindən biri ölkədə dövlət-özəl tərəfdaşlığı üzrə proqram və layihələrin hazırlanması, həyata keçirilməsi və əlaqələndirilməsi, dövlət-özəl tərəfdaşlıq layihələrinə KOB-ların cəlb edilməsinin təmin olunması, eləcə də potensial benefisiar təşkilatların bu sahədə bilik və bacarıqlarının gücləndirilməsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti