...

Bundestaq ordunun silahlanması üçün 3 milyard avro ayıracaq

Dünya xəbərləri Materials 9 Noyabr 2025 02:08 (UTC +04:00)
Bundestaq ordunun silahlanması üçün 3 milyard avro ayıracaq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniya parlamenti (Bundestaq) ordunun silahlanması məqsədilə 3 milyard avrodan çox vəsait ayırmağı planlaşdırır.

Trend-in "Bloomberg" agentliyinə istinadən verdiyi məlumata görə, bu vəsait çərçivəsində ABŞ şirkəti "Airbus"dan 20 yüngül döyüş helikopterinin alınması nəzərdə tutulur. Helikopterlərin ümumi dəyəri təxminən 1 milyard avrodur.

Bundan əlavə, Almaniya Müdafiə Nazirliyi 100 min gecəgörmə cihazı almaq niyyətindədir. Bu məqsədlə daha bir milyard avro xərclənəcək. Nazirlik həmçinin təxminən 1,2 milyard avro dəyərində zenit raketlərinin satın alınmasını da təsdiqləmək istəyir.

Məsələ ilə bağlı səsvermənin noyabrın 12-də qapalı iclasda keçirilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti