...

Kolumbiyada CELAC–Aİ sammiti işə başlayıb

Dünya xəbərləri Materials 9 Noyabr 2025 02:32 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Kolumbiyanın Santa Marta şəhərində Latın Amerikası və Karib Dövlətləri Birliyi (CELAC) ilə Avropa İttifaqının (Aİ) iki günlük sammiti öz işinə başlayıb.

Trend xəbər verir ki, görüşün əsas mövzuları ticarət əlaqələrinin gücləndirilməsi və mütəşəkkil cinayətkarlıqla mübarizədir. Sammit ABŞ-nin Avropa müttəfiqləri və Latın Amerikası ölkələrinə artan təzyiqləri fonunda keçirilir.

Braziliyanın xarici işlər naziri Mauro Vieyra bildirib ki, CELAC-ın 33 üzvü ABŞ-la gərgin münasibətlərə cavab olaraq sammitin dördüncü iclasında Venesuelaya həmrəylik göstərə bilərlər. Onun sözlərinə görə, iştirakçılar Karakasa dəstək bəyannaməsi qəbul edə bilərlər.

Müşahidəçilər hesab edirlər ki, belə bir sənədin Avropa İttifaqının dəstəyini qazanması çətin olacaq və sammitin mühüm qərarlar qəbul etməsi ehtimalı azdır.

Avropa İttifaqını tədbirdə Avropa Şurasının Prezidenti Antonio Koşta və İttifaqın xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas təmsil edir.

Xəbər lenti

Xəbər lenti