Bakı. Trend:
Dekabrın 6-da Bakıda Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Sazişin imzalanmasının 20 illiyinə həsr olunmuş beynəlxalq konfrans və TRASEKA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin XIV iclası keçiriləcək.
İqtisadiyyat Nazirliyindən Trend-ə bildirilib ki, tədbirlərdə TRASEKA-ya üzv və müşahidəçi ölkələrin rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcəkdir.