...

28 yaşlı İqtisadçılar İttifaqı, 21 yaşlı - “İQTİSADİYYAT”

İqtisadiyyat Materials 28 Yanvar 2020 15:38 (UTC +04:00)
23 saylı Nəsimi-Səbail Seçki Dairəsindən deputatlığa namizəd, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə Azərbaycan İqtisadçılar İttifaqının sədridir.
28 yaşlı İqtisadçılar İttifaqı, 21 yaşlı - “İQTİSADİYYAT”

Bakı. Trend:

23 saylı Nəsimi-Səbail Seçki Dairəsindən deputatlığa namizəd, Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə Azərbaycan İqtisadçılar İttifaqının (Aİİ) sədridir.

Trend-in məlumatına görə, 1992-ci ildən etibarən Akademik Ziyad Səmədzadənin rəhbərlik etdiyi Aİİ bu illər ərzində ölkəmizdə iqtisadi təfəkkürün formalaşmasında, Azərbaycan iqtisad elminin beynəlxalq miqyasda tanıdılmasında mühüm rol oynayıb.

Dünyanın 43 ölkəsində öz nümayəndəliyini yaradan Aİİ San-Fransisko, Barselona, Avstraliya, Paris və başqa yerlərdə keçirilən beynəlxalq əhəmiyyətli konfrans və müşavirələrdə ölkəmizi təmsil edib.

Son illərdə Aİİ Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Auditorlar Palatası və bir sıra digər qurumlarla genişmiqyaslı konfrans və tədbirlər keçirib.

Ziyad Səmədzadə Azərbaycan mətbuatında ilk iqtisadi qəzetin-“İqtisadiyyat” qəzetinin təsisçisidir.

Artıq 21 ildir nəşr edilən qəzet sahəsi üzrə aparıcı xəbər tədarükçülərindən biridir.

Həftəlik olaraq nəşr edilən “İqtisadiyyat” qəzeti Azərbaycanın iqtisadi həyatında baş verən proseslər barədə vətəndaşlara doğru, dürüst məlumatlar verir, mütəxəssislərin dəyərli fikir və təkliflərini geniş oxucu auditoriyasına çatdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti