...

"AzerGold "ölkə iqtisadiyyatına təxminən 400 milyon manat cəlb edib

İqtisadiyyat Materials 18 Fevral 2020 11:42 (UTC +04:00)
2017-2020-ci illərdə “AzerGold” QSC 173 min unsiyadan çox qızıl və 290 min unsiyadan çox gümüş satıb
"AzerGold "ölkə iqtisadiyyatına təxminən 400 milyon manat cəlb edib

Bakı. Eldar Canaşvili - Trend:

2017-2020-ci illərdə “AzerGold” QSC 173 min unsiyadan çox qızıl və 290 min unsiyadan çox gümüş satıb.

Trend-in məlumatına görə, bunu “AzerGold”un İdarə heyətinin sədri Zakir İbrahimov “Azərbaycanda zərgərlik bazarının inkişaf perspektivləri: problemlər və imkanlar” adlı konfransda deyib.

Onun sözlərinə görə, bununla da şirkət ölkə iqtisadiyyatına 399,3 milyon manat cəlb edib. Bundan başqa, xarici ticarət əməliyyatları nəticəsində dövlət büdcəsində 30,6 milyon manatdan çox vergi və rüsum ödənilib:

“Bunun 3,8 milyon manatı Dövlət Sosial Müdafiə Fonduna, 26,8 milyon manatı Vergilər Nazirliyinə ödənilib”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti