...

Azərbaycanda çörəkbişirmə sobalarının istehsalı artırılır

İqtisadiyyat Materials 7 Mart 2020 09:24 (UTC +04:00)
Azərbaycanın “TITAN GROUP” korporasiyası çörəkbişirmə prosesində istifadə olunan rotasiya sobalarının istehsalı həcmini artırır
Azərbaycanda çörəkbişirmə sobalarının istehsalı artırılır

Bakı. Mətanət Nəsibova - Trend:

Azərbaycanın “TITAN GROUP” korporasiyası çörəkbişirmə prosesində istifadə olunan rotasiya sobalarının istehsalı həcmini artırır.

Bunu Trend-ə korporasiyanın meneceri Lalə Qasımova deyib.

Onun sözlərinə görə, şirkət bu il rotasiya sobalarının istehsalını 2-2,5 dəfə artırmağı planlaşdırır:

“Hazırda korporasiya 10 soba istehsal edib. Bu il istehsalın 25 ədədək çatdırılması planlaşdırılır. Şirkət rotasiya sobaları ilə yanaşı konveksiya sobaları da buraxır. Bu sobalar da çörəkbişirmə prosesində istifadə olunur”.

Menecer bildirib ki, ötən il korporasiyanın satdığı çörəkbişirmə avadanlıqlarının ümumi məbləği 100 min manatdan çox olub.

Çörək istehsalında tətbiq olunan bütün avadanlıq növlərinin qiyməti 10-11 min manat təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti