...

Dövlət Məşğulluq Agentliyi iqtisadiyyatın aktual sahələri üzrə peşə və ixtisaslara dair tanıdıcı videoçarxlar hazırlayıb

İqtisadiyyat Materials 7 İyul 2020 18:34 (UTC +04:00)
Dövlət Məşğulluq Agentliyi iqtisadiyyatın aktual sahələri üzrə peşə və ixtisaslara dair tanıdıcı videoçarxlar hazırlayıb

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyndəki Dövlət Məşğulluq Agentliyi tərəfindən iqtisadiyyatın aktual sahələrini əhatə edən 50 peşə və ixtisas üzrə tanıdıcı videoçarxlar hazırlanıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, videoçarxlarda seçilmiş peşə və ixtisaslar üzrə tələb olunan bilik və bacarıqlara dair məlumat verilir. Həmin peşə və ixtisaslara necə və harada yiyələnməyin, onlarla hansı iqtisadi fəaliyyət sahələrində işləməyin mümkün olduğu diqqətə çatdırılır.

Videoçarxların hazırlanmasında məqsəd əmək fəaliyyətinə başlamağa hazırlaşan gənclərin əmək bazarının tələblərinə uyğun düzgün peşə, ixtisas seçiminə dəstək göstərməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti