...

Özünüməşğulluq proqramına cəlb edilmiş şəxslər karantin günlərində təlimlərə cəlb edilmədən avadanlıq alacaqlar

İqtisadiyyat Materials 28 İyul 2020 14:51 (UTC +04:00)
Özünüməşğulluq proqramına cəlb edilmiş şəxslər karantin günlərində təlimlərə cəlb edilmədən avadanlıq alacaqlar

Bakı. İlhamə İsabalayeva - Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında işsiz və işaxtaran kimi qeydiyyata alınmış və özünüməşğulluq proqramına cəlb edilmiş şəxslər karantin günlərində təlimlərə cəlb edilmədən mal və materiallarını ala biləcəklər.

Bunu Trend-ə agentliyin mətbuat katibi Əsmər Nəcməddinqızı deyib.

Onun sözlərinə görə, adətən özünüməşğulluq proqramına cəlb edilmiş şəxslər təlimlərdə iştirak etdikdən sonra onlara mal və materiallar verilirdi. Lakin hazırda pandemiya ilə əlaqədar tətbiq edilən karantinlə əlaqədar onların təlimlərə cəlb edilmədən natura şəklində material, avadanlıq və digər əmlakla təmin olunması nəzərdə tutulur:

"Həmin şəxslərə yerli məşğulluq orqanlarının köməkliyi ilə tərtib etdikləri biznes planlar əsasında material, avadanlıq və digər əmlak veriləcək. Təlimlərin karantin müddəti bitdikdən sonra onlayn qaydada keçirilməsi planlaşdırılır. Bununla bağlı artıq Dövlət Məşğulluq Agentliyi tərəfindən hazırlıq işləri görülür".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti