Bakı. Trend:
Sahibkarlıq subyektlərində müvafiq qayda və tələblərə əməl edilməsinə nəzarət davam edir.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, avqustun 17-də keçirilən nəzarət tədbirləri zamanı Xəzər rayonunda “Aptek 361”də, Həzər Rəhimova, Fərhad Əhmədova, Əhmədağa Xəlilova məxsus mağazalarda, Nərimanov rayonunda "Dekastar Company” MMC-yə məxsus “İnşaat Materialları Mağazası”nda, “Sofuoğlu Mağazası”nda, “Fırat-Boru Mağazası”nda, “Kravit Mağazası”nda, “İDEA Elektrik Malları” mağazasında, "Simpatiya Gözəllik Salonu”nda, “NET Elektrik Mağazası”nda, “Hilal Elektrik” pərakəndə ticarət obyektində, Suraxanı rayonunda “Araz Sun Store”da, Mamed İsmayılova məxsus ərzaq mağazasında, Pərviz Yadigarova məxsus ictimai-iaşə obyektində, Sabunçu rayonunda “Nur Market”də, “İL Market”də, “Vorne Profil Mağazası”nda, “Buta Farm” MMC-yə məxsus “Aptek”də, Qaradağ rayonunda “Norma M” MMC-yə məxsus “Aptek”də, Qurban Paşayevə məxsus yanacaqdoldurma məntəqəsində, Binəqədi rayonunda “Mirkamran Market”də, “Elit Aptek”də, İlqar Şirinova, Yusif İsmayılova məxsus pərakəndə ticarət obyektlərində, Nizami rayonunda “Tural Market”də, “Favorini geyim mağazası”nda, “Aptek 538”də, “Buta Farm Aptek”də, Ramiz Cəfərova məxsus “Elektrik mağazası”nda, Nəsimi rayonunda “Dönər Sular” ictimai iaşə obyektində, “Yuva Market”də, “Aztürk Aptek”də, “Goodluck Tədris Mərkəzi”ndə, “Can Aptek”də, Yasamal rayonunda Bəhruz Ələnmədova, Günay Əsgərovaya məxsus mağazalarda, Sevil Məmmədovaya məxsus gözəllik salonunda, Xətai rayonunda “Kokett Mağaza”da, “Qlobus Market”də, “Yağmur Mebel”də, Musa Alıyevə məxsus “Mebel Salonu”nda, Səbail rayonunda “İl Patio”, “Gucci Geyim” pərakəndə ticarət obyektlərində, “Naomi Beauty Bar Mağazası”nda, ümumilikdə, monitorinq aparılmış 1137 obyektin 107-də epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib.
Nöqsana yol vermiş vergiödəyiciləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbir görülüb.