Tenderlərdə şəffaflıq necə qorunmalıdır? - Dövlət Xidməti Trend-in suallarını cavablandırıb

Tenderlərdə şəffaflıq necə qorunmalıdır? - Dövlət Xidməti Trend-in suallarını cavablandırıb

Bakı. Samir Əli - Trend:

Azərbaycan iqtisadiyyatının mühüm istiqamətlərindən biri də dövlət satınlamaları prosesidir. Ölkədə müxtəlif sahələr üzrə tenderlər elan edilir.

Bu prosesdə hansı problemlər ortaya çıxır? Azərbaycanda dövlət satınalmaları prosesində daha hansı yenilliklər gözlənilir? Bu və digər məsələlərlə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Dövlət Satınalmalar şöbəsinin müdiri Əhməd Həsənov Trend-in suallarını cavablandırıb:

-Dövlət satınalmalarının ölkə iqtisadiyyatında hazırki rolu və əhəmiyyəti?

-Ölkə başçısının rəhbərliyi ilə ölkəmizdə yeni iqtisadi şəraitdən irəli gələrək iqtisadi islahatların dərinləşdirilməsinin, dövlətin maliyyə resurslarından qənaətlə istifadə olunmasının, bu sahədə şəffaflığın və səmərəliliyin artırılmasının, dövlət satınalmalarının təşkilinin təkmilləşdirilməsinin, o cümlədən müsabiqə və aşkarlıq əsasında bütün malgöndərənlərə (podratçılara) bərabər rəqabət mühitinin yaradılmasının, dövlət satınalmalarında mikro, kiçik və orta sahibkarlıq subyektlərinin iştirakının genişləndirilməsinin prioritet istiqamətlər olduğunu nəzərə alaraq, dövlət qurumları tərəfindən açıq tender və digər müsabiqə əsaslı satınalma metodlarının tətbiqinə üstünlük verilməsinin zəruri olduğunu bildiririk.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının Qanununu tətbiq etməklə satınalmaları həyata keçirən müəssisə və təşkilatlar tərəfindən cari ilin 8 ayı ərzində təqdim olunmuş müsabiqələrin nəticələri haqqında tender komissiyalarının yekun protokollarına əsasən deyə bilərəm ki, 1 milyard 272 milyon manat satınalmalar müsabiqələr vasitəsilə həyata keçirilmiş və bunun da nəticəsində 115 milyon manat və ya 8,3% dövlət vəsaitinə qənaət edilmişdir.

Eyni zamanda bildirirəm ki, keçirilən müsabiqələrin ümumi məbləğinin 52%-i dövlət satınalmaların vahid internet portalında elektron satınalma vasitəsilə həyata keçirilmişdir.

Bildirim ki, qeyd olunan məbləğin 93%-dən çoxu mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payına düşür bu öz növbəsində KOB-ların inkişafına dəstək verir və onların iqtisadi dayanıqlıqlarını artırır.

Satınalmalar zamanı xaricdən idxal olunan mallar, işlər və xidmətlərlə müqayisədə eyni predmetlər üzrə yerli istehsalın xeyrinə qiymətin 20%-i həcmində güzəştli düzəliş tətbiq edilir və cari ilin 28 may tarixində cənab prezidentin fərmanı ilə Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliyə əsasən istehsal prosesinin qablaşdırma mərhələsi Azərbaycan Respublikasının ərazisində həyata keçirilən dərman vasitələri iyunun 1-dən 5 il müddətinə yerli mal hesab edilir və qeyd olunan güzəşt bu növ dərman vasitələrinin satın alınmasına da şamil olunur. Bu da öz növbəsində bu sahədə də sahibkarlığın inkişafına böyük dəstək olur.

-Dövlət satınalmalarının vahid internet portalı və elektron satınalmanın tətbiqinə başlanılıb. Bu barədə geniş məlumat verərdiniz.

-Nəzərinizə çatdırım ki, cənab prezidentin 28 dekabr 2018-ci il tarixli fərmanı ilə Qanuna edilmiş dəyişikliyə əsasən 2019-cu ilin mart ayından başlayaraq ölkəmizdə elektron satınalmanın tətbiqinə başlanılmış və bu da öz növbəsində satınalmaların əsas prinsipləri olan şəffaflığın, iştirakçılar arasında bərabər rəqabət mühitinin yaradılmasının, aşkarlığın artmasına təkan vermiş və nəticədə dövlət vəsaitindən daha da səmərəli və qənaətlə istifadə olunmasına gətirib çıxarıb.

Bunlarla yanaşı, portal tərəfimizdən daima yenilənir, çoxfunksiyalı əməliyyatların həyata keçirilməsi üçün təkmilləşdirilir və eyni zamanda satınalan təşkilatlar və iddiaçı malgöndərənlər, podratçılar arasında məlumat mübadiləsinin real vaxt rejimində həyata keçirilməsi habelə satınalmalar zamanı iddiaçılardan tələb olunan ixtisas göstəricilərinə dair sənədlərinin “onlayn” əldə olunması üçün Dövlət Vergi Xidməti, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi kimi müxtəlif dövlət qurumlarının müvafiq məlumat bazasının portala inteqrasiyası məsələləri müzakirə edilir.

-Satınalan təşkilatlar ən çox nələrə diqqət etməlidirlər?

-Satınalan təşkilatlar ilk növbədə qanunvericiliyə uyğun satınalma planını hazırlamalı, təsdiq etməli və vaxtında portalda yerləşdirilməsinə diqqət etməldirlər. Bunun üçün də il ərzində həyata keçirəcəkləri dövlət layihələri çərçivəsində və ya gündəlik istifadə üçün tələb olunan mallar, işlər və xidmətlərin vaxtında çatdırılması və həyata keçirilməsi məqsədilə satınalma metodundan asılı olaraq prosedurun icra olunma müddətini də nəzərə almaqla işlərini planlamağı tövsiyə edirik.

Bundan əlavə tələb olunan satınalma predmeti üzrə tələblərin aidiyyəti mütəxəssislər və ya cəlb olunmuş ekspertlər tərəfindən dəqiqliklə hazırlanmasına və həmin tələblərin qiymətləndirmə meyarlarının və əmsallarının müsabiqənin əsas şərtlər toplusunda düzgün ifadə olunmasına diqqət etmələri məsləhət görülür.

Satınalan təşkilatların müsabiqə barədə elanının məzmununu hazırlayarkən satınalma predmeti barədə təsəvvür yaradacaq qədər ətraflı məlumat təqdim etmələri nəticəsində müsabiqənin daha uyğun potensial imkanları olan sahibkarlar arasında keçirilməsinə nail olarlar. Bunun da nəticəsində sahibkarlar fəaliyyət istiqamətinə aid olmayan müsabiqələrdə iştirak üçün iştirak haqqı ödəməmiş olarlar.

Satınalma predmetinə dair hər hansı özünəməxsus xüsusiyyətlər, tələblər və ya təsvirlər obyektiv texniki və keyfiyyət göstəricilərinə əsaslanmalıdır.

Sahibkarların satınalma prosedurlarında iştirakına maneçilik törədən və ya onu məhdudlaşdıran, o cümlədən dövlət mənsubiyyətinə görə ayrıseçkiliyə yol verən hər hansı markalamaya, etiketləməyə həmçinin şərti işarələr və terminlər müsabiqələrin əsas şərtlər toplusuna daxil edilməməli və onlardan istifadə olunmamalıdır.

Ümumiyyətlə müsabiqələrdə bərabər rəqabət mühitinin yaradılması üçün məhdudlaşdırmaya gətirib çıxaran meyarların tətbiq olunması qadağab qadağandır.

-Dövlət satınalmalarında iştirak etmək istəyən sahibkarlar nələrə diqqət etsinlər?

Sahibkarlar hər hansı bir satınalma müsabiqəsində iştirakına qərar verdikdən və müsabiqənin əsas şərtlər toplusunu əldə etdikdən sonra ilk növbədə onu diqqətlə oxuyaraq təhlil etməsini, tələb olunan ixtisas uyğunluğu sənədlərinin vaxtında əldə olunması üçün aidiyyəti üzrə müvafiq dövlət qurumlarına müraciət etmələrini və eyni zamanda satınalma predmeti üzrə tələblərin mütəxəssislər tərəfindən detallı təhlil olunmasını tövsiyə edirik. Əgər bu zaman hər hansı texniki və ya digər sualları yaranarsa, qanunauyğun şəkildə satınalan təşkilata müraciət etsinlər.

Tender təklifinin və təklifin təminatının məbləğinin, qüvvədə olma müddətlərinin düzgün hesablanmasına diqqət etsinlər.

Yekun protokolların təhlili zamanı ən şox qarşılaşdığımız uyğunsuzluqlardan biri də tender təklifinin təminatının tender təklifinin qüvvədə olma müddətinə münasibətdə düzgün hesablanmamasıdır. Burda xüsusilə vurğulamaq istəyirəm ki, tender təklifinin qüvvədə olma müddəti ən azı 30 bank günü qüvvədə olmalı, təklifin təminatı isə təklifin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır. Lakin bəzi hallarda sahibkarlar təklifin təminatının qüvvədə olma müddətini təkliflərin açıldığı gündən hesablayaraq 60 bank günü hesablayırlar və tender təklifləri 35-40 bank günü qüvvədə olduğu halda tarixlər arasında uyğunsuzluq yaranır. Bu isə həmin təkliflin qanunvericiliyin tələblərinə uyğun olaraq müsabiqədən kənarlaşması ilə nəticələnir.

Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri olan sahibkarlar təkliflərində qiymətləri manatla göstərməlidirlər, bəzi hallarda malları xaricdən idxal etdiklərini əsas götürərərək xarici valyuta ilə göstərirlər bu isə qanunauyğun deyildir.

Bütün bunlarla yanaşı ixtisas uyğunluğu sənədlərinin, təklif və təklifin təminatının son təqdimetmə tarixlərini mütləq özlərində qeyd edərək, sənədlərini vaxtında təqdim etməklə müsbət nəticələr əldə edərlər.

-Satınalan təşkilatların və iddiaçıların qanunvericiliklə bağlı sualları yaranarsa hansı addımları atmalıdırlar?

-Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti dövlət satınalmalarının təşkili və həyata keçirilməsi üzrə daima satınalan təşkilatlara metodiki və təşkilati kömək göstərir, məsləhətlər verir.Əlavə olraq mütəxəssislərin ixtisas səviyyəsinin artırılması üçün kurslar təşkili və müvafiq tədris-metodiki materialları hazırlanması planlaşdırılmışdır.

Hazırki pandemiya dövrü ilə əlaqədar olaraq üzbəüz görüşlərin təşkili mümkün olmadığından Dövlət Xidməti tərəfindən qısa metodiki təlimatlar hazırlanaraq, satınalan təşkilatlara telefonoqram vasitəsilə və ya onların rəsmi e-maillərinə göndərilir və iddiaçıların da paralel maarifləndirilməsi üçün həmin məlumatlar ictimaiyyətə müxtəlif vasitələrlə çatdırılır.

Bütün bunlarla yanaşı Dövlət Xidmətinin qaynar xəttinə və ya rəsmi məktubla hər gün daxil olan müxtəlif səpkili suallar tərəfimizdən qısa müddət ərzində cavablandırılır.

Bu yaxınlarda isə satınalan təşkilatların mütəxəssislərinin maarifləndirilməsi üçün video-konfrans vasitəsilə bir neçə seminarın keçirilməsinə hazırlıqlar gedir.

Satınalan təşkilatların və sahibkarların maarifləndirməsi bizim gündəlik işimizin bir hissəsidir və pandemiya dövrü bitəndən sonra bu sahədə silsilə maarifləndirmə tədbirlərinin həyata keçirilməsi planlaşdırılır.

-Sahibkarlar satınalma prosedurlarında çətinliklərlə qarşılaşdıqda hansı addımları atmalarını tövsiyə edirsiniz?

-Dövlət Satınalmaları haqqında Azərbaycan Respublikasının Qanununun VIII fəslinə əsasən sahibkarların qanunvericiliklə müəyyənləşdirilmiş qaydada şikayət vermək hüququ vardır.

Satınalma müqaviləsi qüvvəyə minənə qədər şikayət ilk öncə satınalan təşkilata verilməlidir.

Satınalan təşkilatın rəhbəri qanunda təsbit olunan müddət ərzində şikayət barədə hər hansı qərar çıxarmazsa, şikayəti vermiş sahibkar Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edə bilər.

-Dövlət satınalmaları üzrə hansı yeniliklər gözlənilir?

-Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində işçi qrup yaradılmış və dövlət satınalmaları üzrə yeni qanun layihəsi hazırlanmışdır. Qanun layihəsinin hazırlanması mərhələsində dövlət təşkilatları və biznes assosiasiyalarına dəvətlər göndərilmiş və movcud qanunda rastlaşdıqları problemlərin qeyd olunması təklif edilmişdir. Nəticədə bu tövsiyyə və təklifləri də nəzərə almaqla hazırlanmış Qanun layihəsinə İqtisadiyyat Nazirliyinin tabeliyində olan bütün strukturların rəy və təklifləri alındıqdan sonra iyul ayında müvafiq dövlət qurumlarına rəy və təkliflərinin alınması üçün təqdim olunmuşdur. Onlardan bir neçəsi artıq öz münasibətlərini bildirmişlər. Bütün rəy və təkliflər əldə olunduqdan sonra qanun layihəsi Nazirlər Kabinetinə təqdim olunacaqdır.

Yeni qanun layihəsində bir çox dəyişikliklər nəzərdə tutulub bu da öz növbəsində iqtisadiyyatın, sahibkarlığın, sağlam rəqabət mühitinin inkişafına, dövlət vəsaitinin səmərəli və qənaətlə istifadə olunmasına, satınalma prosedurlarının həyata keçirilməsində çevikliyin artmasına öz müsbət töhfəsini verəcəkdir.

Gürcüstan Azərbaycana ən çox ixrac olunan malları açıqlayıb
Gürcüstan Azərbaycana ən çox ixrac olunan malları açıqlayıb
Mərkəzi Bank rəqəmsal valyuta ilə bağlı sənəd üzərində işləyir
Mərkəzi Bank rəqəmsal valyuta ilə bağlı sənəd üzərində işləyir
2025-ci ilədək nağdsız ödənişlərin payı 25 faiz olacaq - Zakir Nuriyev
2025-ci ilədək nağdsız ödənişlərin payı 25 faiz olacaq - Zakir Nuriyev
Loading Bars
Xəbər lenti
"Barselona" Çempionlar Liqasının pley-off mərhələsinə çıxa bilməyib
Böyük Britaniya COVID-keçid sistemini tətbiq edəcək
UEFA Çempionlar Liqası: "Atalanta"-"Vilyarreal" oyunu təxirə salınıb
Gürcüstan Azərbaycana ən çox ixrac olunan malları açıqlayıb
Polad Bülbüloğlu və Fransanın Rusiyadakı səfiri Soçi görüşünün nəticələrini müzakirə ediblər
SOCAR Gürcüstanda gələn il 3000-dən çox günəş paneli quraşdırmağı planlaşdırır
Avropada qazın qiyməti min kubmetr üçün 1200 dolları ötüb
ABŞ investorların işğaldan azad edilən ərazilərin bərpasında iştirakı barədə müzakirə aparılıb
Azərbaycan və İran arasında ticarət dövriyyəsinin artırılması istiqamətində addımlar atılacaq - Səfir
Misirdə Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən sərgi təşkil olunub (FOTO)
Türkiyə qoyun və keçilərin sayına görə Avropada birinci yerə yüksəlib
bp yeni təşkilati struktur sayəsində Azərbaycanda məhsuldarlığı artırıb
Avropa birjalarında təbii qaz qiymətləri min kubmetr üçün 1 200 dollar həddini keçib
Dekabrın 9-na USD/AZN rəsmi məzənnəsi
Büdcə qaydasının yeni təkmilləşdirilmiş variantı təklif olunur - Nazir
Vergi Məcəlləsinə və “Gömrük tarifi haqqında” Qanuna edilən dəyişikliklər plenar iclasa tövsiyə olunub
Azərbaycanın Büdcə Məcəlləsi hazırlanır
Peşəkar Mühasib Sertifikatı üçün keçirilən imtahanın nəticələri elan olunub
Nizami Gəncəvinin 880 illiyinə həsr edilən tədbir keçirilib (FOTO/VİDEO)
Şamaxıda koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb (VİDEO)
Polisin evindən "Qəhrəman ana" medalını oğurlayanlar məhkəmə qarşısına çıxarıldı
Bakıda yeni vəkil bürosu açılıb (FOTO)
Mikayıl Cabbarov Azəbaycan Güləş Federasiyasının prezidenti seçilib
Tədavülə yeni 20 qəpik buraxılıb
Dünya şöhrətli polşalı alimə ADNSU-nun Fəxri doktoru adı verilib (FOTO)
Real-Trend həftəlik iqtisadi layihəsinin növbəti buraxılışı yayımlanıb (VİDEO)
“Azərbaycan Hava Yolları” BƏƏ turizm agentləri üçün təqdimat keçirib (FOTO)
20 manatlıq pul əsginası yenilənib (FOTO)
Hindistanın baş qərargah rəisi həyat yoldaşı ilə birgə helikopter qəzasında həlak olub
Vətəndaşlardan 10 ədəd ov tüfəngi götürülüb
MDU-da beynəlxalq elmi konfrans keçiriləcək
Baş Prokurorluğun əməkdaşı Bolqarıstanda səfərdə olub
İcbari tibbi sığorta üzrə xidmətlər zərfində bir sıra əməliyyatlar üçün limit nəzərdə tutulub
İcbari tibbi sığorta üzrə xidmətlər zərfinə 2 550 sayda tibbi xidmət daxildir - Agentlik
Bu gün dünyada 537 milyon insan şəkərli diabetdən əziyyət çəkir - Əhliman Əmiraslanov
Elektron Ədliyyə Köşkü pandemiya dövrünə qədər çox geniş istifadə edilirdi - İdarə rəisi
İl ərzində doğulan uşaqlara ən çox qoyulan adlar açıqlanıb
Kəlbəcərdə mövqelərimiz atəşə tutulub - MN
Yelo Bank-la pulunuz daha çox artsın
Azərbaycanda doğumu qeydə alınmamış uşaqlara daha çox rast gəlinən rayonlar AÇIQLANDI
Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlıları ilə taktiki-xüsusi təlim keçirilib (FOTO/VİDEO)
Azərbaycanda neçə şəkərli diabet xəstəsi var?
Qardaşını öldürməkdə təqsirləndirilən şəxsə bəraət verildi
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 1 210 nəfər COVID-19-a yoluxub, 15 nəfər ölüb
Azərbaycanda qeydiyyatdan keçən siyasi partiyaların sayı açıqlanıb
Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunda tunellərin inşasına başlanılıb (FOTO)
İlkin tanışlıq Ermənistanın verdiyi mina xəritələrinin qeyri-dəqiq olması təəssüratını yaradır - ANAMA rəhbəri
Təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb (FOTO)
Türkiyə parlamentində dava: Deputatlar yumruqlaşdı (VİDEO)
Mobil Notarial tətbiqi ilk dəfə olaraq Azərbaycanda tətbiq edilir - İdarə rəisi
Azyaşlıların narkotik istifadəsinə səbəb valideyn nəzarətsizliyidir - Orxan Cəfərov
Oğuzda koronavirus xəstəsi mağazada saxlanıldı (VİDEO)
40-dan çox dövlət informasiya resursu Ədliyyə Nazirliyinin elektron rəqəmsal sistemlərinə inteqrasiya edib
"Yeni Klinika"nın sabiq direktoru məhkəmədən bəraət istədi
Azərbaycanın enerji sahəsindəki fəaliyyətləri alqışalayiqdir - İranlı nazir
Narkotik istifadəçiləri necə müəyyən edilir? - AÇIQLAMA
General-polkovnik Kərim Vəliyev Ali Hərbi Məktəbin şəxsi heyəti ilə görüşüb (FOTO/VİDEO)
Qeydiyyatda olan narkotik istifadəçilərinin sayı açıqlandı
Rusiya ilə Ukrayna arasında istənilən formatda vasitəçilik edə bilərik - Ərdoğan
Bakıda mənzildən 20 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb (FOTO/VİDEO)
Mərkəzi Bank açıq bankçılıq texnologiyalarının dəstəklənməsi üzrə müvafiq standartların hazırlanmasını növbəti ilə planlaşdırır
Bu ərazilərdə dekabrın pensiyaları ödənildi
İranda daha 90 nəfər koronavirusdan ölüb
Mərkəzi Bankı rəqəmsal ödəniş strategiyasının əsas istiqamətlərini açıqladı
Əsas hədəfimiz "Google" istifadəçilərinin ödəniş imkanlarını asanlaşdırmaqdır - Can Avunduk
Marketlərdə də “BakıKartın” balansını artırmaq mümkün olacaq
Şəmkirdə saxta əlilik arayışları verənlərlə bağlı cinayət işi məhkəməyə göndərilib
Mərkəzi Bank rəqəmsal valyuta ilə bağlı sənəd üzərində işləyir
Bakıda 5-ci mərtəbədən yıxılan şəxs sağ qalıb
Nağdsız ödənişlər pandemiya dövründə 40 faiz artıb - "Azericard"
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi bir sıra görüşlər keçirib (FOTO)
Azərbaycan və İran Astaraçay üzərində körpü və piyada keçidinin tikintisi ilə bağlı müzakirə aparıblar
Bu günə qədər 150-dən artıq qazi Türkiyəyə müalicəyə göndərilib
"YAŞAT" Fondunun rəhbəri qazilərin əlillik statusu ilə bağlı məsələyə aydınlıq gətirib
Rayonlarda avtobuslar kartla ödənişə keçə bilər
Almaniyanın yeni kansleri seçilib
PAŞA Bank Ani Ödənişlər Sisteminə qoşulub
1300-dək şəhid ailə üzvü və qazi "Məşğulluq marafonu" çərçivəsində işlə təmin edilib
Zaur Əliyev Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinə göstərilən tibbi xidmətlərin statistikasını açıqlayıb
Vətən müharibəsindən sonra 35 min şəxsə 41 min xidmət göstərilib
Hazırda "YAŞAT" Fondunun balansında 15 milyondan artıq xərclənməmiş vəsait var - Elvin Hüseynov
"MasterCard" Azərbaycanda nağdsız ödənişlərin genişləndirilməsi üzrə layihələr reallaşdırır
Azərbaycan Karyera İnkişaf Forumu başlayıb (FOTO)
Azad edilmiş ərazilərdə "Şuşa", "Yaşma", "Zəfər" buğda sortlarının əkini aparılıb - Trend TV-nin Tərtərdən reportajı
Bacarıqlı işçi qüvvəsinin yetişdirilməsi üçün yeni proqramlar hazırlanır - Nazir
Gələn ildən etibarən şəhid övladları Türkiyədə təhsil ala biləcəklər
Sabahın hava proqnozu açıqlanıb
Fuad Muradov "YAŞAT" marafonundan danışıb
Bu rayonlara qar yağacaq - Xəbərdarlıq
Azad olunmuş ərazilərdə bərpa işləri görüldükcə məşğulluq təmin olunacaq - Sahil Babayev
2026-cı ilədək ÜDM-də özəl sektorun payının 88 faizə çatdırılması nəzərdə tutulub - Elnur Əliyev
Azərbaycanda rəqəmsal manatın yaradılması üzrə təqdiqatlar aparılır
Heydər Əliyev Mərkəzində braziliyalı rəssam Nina Pandolfonun fərdi sərgisi açılacaq
Bu il 20 min şəhid ailəsinə ödəniş təyin edilib
Azərbaycan və Türkiyə XİN rəhbərləri arasında telefon danışığı olub
Hindistanda baş qərargah rəisinin olduğu helikopter qəzaya uğrayıb - Ölənlər var
Azərbaycan vətəndaşları üçün hansı turizm istiqamətləri açıqdır? - FOTO
"YAŞAT" Fondu əlilliyin təyinatı gözlənilmədən qazilərə yardım göstərir - Ülvi Mehdiyev (FOTO)
Növbəti beş il ərzində Azərbaycanda açıq və rəqəmsal bankçılığa keçid nəzərdə tutulub - Mərkəzi Bank (FOTO)
Bütün xəbərlər