...

Ermənistanın sonuncu hərbi təxribatından ziyan çəkmiş sahibkarların nəzərinə!

İqtisadiyyat Materials 5 Oktyabr 2020 17:47 (UTC +04:00)
Ermənistanın sonuncu hərbi təxribatından ziyan çəkmiş sahibkarların nəzərinə!

Bakı. Trend:

Məlum olduğu kimi cari ilin 27 sentyabr tarixindən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı növbəti hərbi təxribat nəticəsində mülki əhaliyə, infrastruktur obyektlərinə, dövlət əmlakına, eləcə də sahibkarlıq subyektlərinə ciddi ziyan dəymişdir.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) Trend-ə bildirilib ki, sahibkarlıq subyektlərinə dəymiş ziyanın müəyyən olunması istiqamətində tədbirlər görülür və müvafiq məlumatlar toplanır.

Sahibkarlıq subyektlərindən Ermənistanın son hərbi təxribatı nəticəsində fəaliyyətlərinə dəymiş ziyan barədə İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə məlumat vermələri xahiş olunur.

Əlaqə telefonu: (012) 404 04 01 (daxili 187), (055) 200 02 96 (Rauf Tağıyev), e-mail: [email protected].

Məqalədə:
Xəbər lenti

Xəbər lenti