...

Azərbaycan beynəlxalq əhəmiyyətli neft və qaz layihələrinin təhlükəsizliyini təmin edir - Hikmət Hacıyev

İqtisadiyyat Materials 19 Oktyabr 2020 17:03 (UTC +04:00)
Azərbaycan beynəlxalq əhəmiyyətli neft və qaz layihələrinin təhlükəsizliyini təmin edir - Hikmət Hacıyev

Bakı. Elçin Mehdiyev – Trend:

Hər hansı bir üçüncü tərəfin neft kəmərlərinin təhlükəsizliyinin təmin olunmasında iştirakına ehtiyac görmürük.

Trend-in məlumatına görə, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev Azərbaycan ərazisindən keçən neft və qaz kəmərlərinin təhlükəsizliyinin qorunmasına NATO və ya digər beynəlxalq təşkilatların cəlb olunmasının mümkünlüyü barədə suala cavab verərkən deyib.

O bildirib ki, Azərbaycan Respublikası öz imkanları daxilində beynəlxalq əhəmiyyətli neft və qaz layihələrinin təhlükəsizliyini təmin edir: "Amma Azərbaycan, eyni zamanda, müvafiq tərəf müqabilləri, layihədə iştirak edən aparıcı şirkətlərlə də bu infrastrukturların təhlükəsizliyini gücləndirmək məsələləri ilə bağlı fikir mübadiləsi aparır. Lakin hər hansı bir üçüncü tərəfin təhlükəsizliyin təmin olunmasında iştirakına ehtiyac görmürük".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti