...

Müdafiə sənayesinin inkişafında özəl sektorun roluna dair Azərbaycan-Türkiyə Birgə Forumu keçiriləcək

İqtisadiyyat Materials 6 Noyabr 2020 11:09 (UTC +04:00)
Müdafiə sənayesinin inkişafında özəl sektorun roluna dair Azərbaycan-Türkiyə Birgə Forumu keçiriləcək

Bakı. Trend:

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsü, Türkiyənin Müdafiə, Aviasiya və Kosmik Sənaye Birliyinin (SAHA İstanbul) və Müdafiə və Aviasiya Sənayesi İstehsalçıları Təşkilatının (SaSaD) dəstəyi ilə 10 noyabr 2020-ci il tarixində “Müdafiə sənayesinin inkişafında özəl sektorun rolu” mövzusunda beynəlxalq onlayn Forum keçiriləcək.

KOBİA-dan Trend-ə verilən məlumata görə, tədbirin təşkilində məqsəd Azərbaycan və Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi, bu sektora investisiyaların cəlb olunmasının və qabaqcıl texnologiyaların tətbiqi ilə yeni məhsulların yaradılmasının təşviqi, müdafiə sənayesinin modernləşdirilməsi üçün innovativ həllər, KOB klasterlərin yaradılması, müvafiq istiqamətlərdə Türkiyə təcrübəsinin öyrənilməsi və tətbiqi imkanlarının müzakirə olunmasıdır.

Tədbir çərçivəsində Azərbaycan və Türkiyə tərəfindən müdafiə sənayesi sektorunda fəaliyyət göstərən şirkətlərin və təşkilatların təqdimatları nəzərdə tutulur.

Qeyd edək ki, SAHA İstanbul Türkiyənin birinci, Avropanın ikinci ən böyük sənaye birliyidir və sıralarında müvafiq sahədə fəaliyyət göstərən 600-ə yaxın üzvü birləşdirir. 1990-cı ildə yaradılmış SaSaD-ın isə müdafiə sənayesi sahəsində fəaliyyət göstərən 200-ə yaxın üzvü var.

Forumda iştirak etmək istəyənlər KOBİA-ya elektron qaydada ([email protected]) müraciət edə bilərlər. Telefon: (+994 12) 404 04 01 (daxili 137) və (+994 55) 200 04 39.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti