...

“Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi çərçivəsində bir qrup kənd sakini ilə görüş keçirilib (FOTO)

İqtisadiyyat Materials 17 Dekabr 2020 17:25 (UTC +04:00)
“Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi çərçivəsində bir qrup kənd sakini ilə görüş keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi, Dövlət Məşğulluq Agentliyinin tərəfdaşlığı ilə “Odlar Yurdu” Gənclər İctimai Birliyi tərəfindən həyata keçirilən “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi uğurla davam edir.

İctimai Birlikdən Trend-ə verilən məlumata görə, layihənin əsas məqsədi kəndlərdə sahibkarlığın inkişafına, məşğulluğa və əhalinin rifah halının yaxşılaşdırılmasına dəstək olmaqdır. Layihə çərçivəsində İsmayıllı rayonunun Buynuz və Xanəgah kəndlərinin bir qrup sakini ilə görüş keçirilib. Belə ki, layihənin məlumatlandırma mərhələsində hər iki kəndin 300 nəfərə yaxın kənd əhalisi layihə haqqında məlumatlandırılıb və layihədə iştirak üçün seçim meyarlarına uyğun 50 nəfərə yaxın kənd sakini müraciət edib. Müraciət edən şəxslərlə kiçik qruplarda görüşlər keçirilir, onlara layihənin gedişatı və s. haqqında
ətraflı məlumat verilir. Həmçinin, kənd sakinləri ehtiyaclarının öyrənilməsi üçün sorğuya cəb olunurlar.

Bundan başqa, keçirilən görüş zamanı sakinlərin sahibkarlıq subyekti kimi istifadə edəcəkləri evlərinə və ərazilərinə baxış da keçirilib.

Qeyd edək ki, layihə nəticəsində 15 sahibkarlıq subyekti təsis olunacaq, 60 nəfər yaxın şəxsin məşğulluq problemi həll olunacaqdır. Layihə çərçivəsində əhalinin məlumatlandırlmasına dair keçirilən görüşlərdən olan videonu sizlərə təqdim edirik: https://www.youtube.com/watch?v=iDJz1L8Xo_w&feature=youtu.be
Layihə 7 sentybar 2020- 7 aprel 2021-ci il tarixlərini əhatə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti