...

Parlament investorlara əlverişli şərait yaratmaq üçün qanunvericilik bazasına yenidən baxır

İqtisadiyyat Materials 21 Yanvar 2021 11:33 (UTC +04:00)
Parlament investorlara əlverişli şərait yaratmaq üçün qanunvericilik bazasına yenidən baxır

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan işğaldan azad edilmiş ərazilərin bərpası üçün bizə dəstək göstərmək istəyən Türkiyə şirkətləri üçün bütün şəraiti yaradacaq.

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Ziyad Səmədzadə Bakıda səfərdə olan Türkiyə Cümhuriyyətinin Tüm Kalkınma İş Adamları və Girişimcilər Dərnəyinin İdarə Heyətinin sədri İlhami Öztürkün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə deyib.

Z.Səmədzadə bildirib ki, Milli Məclis qanunvericilik baxımından üzərinə düşən vəzifəni yerinə yetirəcək.

Onun sözlərinə görə, Milli Məclis investorlara əlverişli şərait yaratmaq üçün müvafiq qanunvericilik bazasına yenidən baxır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti