Bakı. Trend:
Real TV və Trend İnformasiya Agentliyinin yeni birgə layihəsi olan "Real-Trend" verilişinin növbəti buraxılışı yayımlanıb.
Trend-in məlumatına görə, verlişin növbəti buraxılışında azad olunan ərazilərin bərpasında “yaşıl enerji”yə üstünlük verilməsi, “Yaşıl enerji"yə keçid Azərbaycanın ixrac imkanlarına təsiri və digər məsələlər müzakirə edilib.
Qeyd edək ki, layihə hər çərşənbə günü saat 15:30-da, təkrarı 22:30-da Real TV-nin efirində yayımlanır. "Real-Trend" verlişində həftənin ən aktual iqtisadi xəbərləri müzakirə edilir. Həm Real TV, həm də Trend İnformasiya Agentliyinin studiyasına dəvət edilən qonaqlar Azərbaycanın qarşısında duran çağrışları müzakirə edirlər.
Buraxılışı təqdim edirik: