Bakı. Trend:
Real TV və Trend İnformasiya Agentliyinin yeni birgə layihəsi olan "Real-Trend" verilişinin növbəti buraxılışı yayımlanıb.
Trend xəbər verir ki, proqramda Azərbaycanın sürətlə artan ixrac potensialı, nəhəng neft-qaz layihələri, ölkəmizin transit imkanlarının iqtisadi inkişafa verdiyi töhfələr, hazır qızıl məmulatlarının brend kimi xarici bazarlara ixracı ilə bağlı gələcək planlardan bəhs edilib.
Həmçinin işğaldan azad edilmiş ərazilərimizdə sürətlə həyata keçirilən infrastruktur layihələri, Qarabağa xarici investorların cəlb edilməsi, bu prosesdə dost və qardaş ölkələrin iş adamlarına yaradılan daha üstün güzəştlər, Pakistanın Azərbaycanla iqtisadi-ticari əlaqələri genişləndirmək istiqamətindəki hədəfləri müzakirə edilib. Bundan başqa azad edilmiş ərazilərdə inşası davam edən ağıllı kənd layihələri, alternativ enerji mənbələrindən istifadə edilməklə kənd təsərrüfatı sahəsində yeni innivasiyaların və müasir texnikaların tətbiqi məsələləri də diqqətə çatdırılıb.
Qeyd edək ki, layihə hər çərşənbə günü saat 15:30-da, təkrarı 22:30-da Real TV-nin efirində yayımlanır. "Real-Trend" verlişində həftənin ən aktual iqtisadi xəbərləri müzakirə edilir. Həm Real TV, həm də Trend İnformasiya Agentliyinin studiyasına dəvət edilən qonaqlar Azərbaycanın qarşısında duran çağrışları müzakirə edirlər.
Buraxılışı təqdim edirik: