...

ABŞ-ın iri bankları bu il 300 şöbəsini bağlayıb, işçi heyətini 6 faiz azaldıb

İqtisadiyyat Materials 15 İyul 2021 10:38 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

ABŞ-ın bir neçə iri bankı 2021-ci ilin birinci yarısında ümumilikdə 300-ə yaxın bank şöbəsini bağlayıb.

Trend-in məlumatına görə, bu barədə "Financial Times" qəzeti yazır.

Qeyd olunur ki, "Wells Fargo" ilin əvvəlindən 154 şöbəsini bağlayıb və işçi heyətini 6 faiz azaldıb.

Eyni müddətdə "Citigroup" 100 filialını, "JPMorgan Chase" 40 filialını bağlayıb.

Banklar bu addımlarını xidmətlərin rəqəmsallaşmadırılmasının inkişafı ilə əlaqədar atdıqlanın izah edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti