...

Nazirlər Kabineti gələn ilin dövlət büdcəsi və icmal büdcənin layihələrini təsdiqlədi

İqtisadiyyat Materials 24 Sentyabr 2021 20:17 (UTC +04:00)
Nazirlər Kabineti gələn ilin dövlət büdcəsi və icmal büdcənin layihələrini təsdiqlədi

Bakı. Trend:

Nazirlər Kabineti gələn ilin dövlət büdcəsinin və icmal büdcənin layihələrini təsdiq edib.

Trend xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, "Azərbaycan Respublikasının 2022-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri" və "Azərbaycan Respublikasının 2022-ci il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri" bəyənilib.

Qeyd olunan layihələr "Büdcə sistemi haqqında" Qanunda nəzərdə tutulan digər sənədlərlə birlikdə Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti