...

Azərbaycanda 2022-ci il üçün ehtiyac meyarı artırılır

İqtisadiyyat Materials 27 Oktyabr 2021 12:28 (UTC +04:00)
Azərbaycanda 2022-ci il üçün ehtiyac meyarı artırılır

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda 2022-ci il üçün ehtiyac meyarının 200 manat olması nəzərdə tutulur.

Trend-in məlumatına görə, bununla bağlı məsələ “Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsində əksini tapıb.

Qanun layihəsi Milli Məclisə daxil olub və növbəti plenar iclaslarda müzakirəyə çıxarılıb. Qeyd edək ki, 2021-ci il üçün ehtiyac meyarının həddi 170 manat məbləğində olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti