...

Azərbaycanda ehtiyac meyarı ləğv oluna bilər - Samir Şərifov

İqtisadiyyat Materials 23 Noyabr 2021 16:11 (UTC +04:00)
Azərbaycanda ehtiyac meyarı ləğv oluna bilər - Samir Şərifov

Bakı. Elçin Mehdiyev – Trend:

Ehtiyac meyarı kimi göstəriciyə ehtiyac qalmaya bilər.

Trend-in məlumatına görə, bunu Maliyyə naziri Samir Şərifov parlamentin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, qarşıda duran məqsəd ehtiyac meyarı ilə yaşayış minimumunun bərabərləşdirilməsidir və bu istiqamətdə zəruri addımlar atılır.

Nazir bildirib ki, bu rəqəmlər bərabərləşdikdən sonra ehtiyac meyarı kimi bir göstəriciyə ehtiyac olmayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti