...

Ehtiyac meyarının həddi 200 manat müəyyən olundu

İqtisadiyyat Materials 3 Dekabr 2021 11:35 (UTC +04:00)
Ehtiyac meyarının həddi 200 manat müəyyən olundu

Bakı. Elçin Mehdiyev – Trend:

Milli Məclis “Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsini üçüncü oxunuşda təsdiq edib.

Trend-in məlumatına görə, layihədə ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2022-ci il üçün ehtiyac meyarının həddi 200 manat məbləğində təsdiq edilməsi təklif edilib.

Təklif səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti