Bakı. Trend:
MÜSİAD Azərbaycanın məqsədi Türkiyə ilə Azərbaycan arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsinə dəstək göstərməkdir.
Trend-in məlumatına görə, bunu MÜSİAD Azərbaycanın sabiq rəhbəri Abdurahman Uzun deyib.
O qeyd edib ki, bu günə qədər MÜSİAD Azərbaycanda uğurla fəaliyyət göstərib. 4 il öncə yaranan MÜSİAD Azərbaycanın bu gün artıq 57 üzvü var. Təşkilat Türkiyə və Azərbaycan iş adamları arasında əlaqələrin gücləndirilməsinə töhfə verir.
A.Uzun təşkilatın bundan sonra da uğurla fəaliyyət göstərəcəyinə inamını ifadə edib.