Bakı. Elçin Mehdiyev – Trend:
Oktyabr ayında Bakıda bir sıra tikinti materiallarının qiyməti bahalaşıb, bir sıra materialların qiyməti isə sabit qalıb.
Bu barədə Trend-ə "MBA Group" konsaltinq şirkətindən məlumat verilib.
Ötən ay daş məmulatlarının, dam örtüklərinin, qumun qiymətləri sabit qalıb. Dəmir məmulatlarının qiyməti 3,70 faiz, taxta məmulatlarının qiyməti 4,55 faiz, sementin qiyməti isə 2,76 faiz bahalaşıb.
Bahalaşmanı bu məhsullara olan tələbatın artması ilə əlaqələndirirlər.