...

“Bir Pəncərə” ilə ixrac edilən məhsulların dəyəri 700 milyon dollardan çox olub

İqtisadiyyat Materials 30 Dekabr 2021 20:49 (UTC +04:00)
“Bir Pəncərə” ilə ixrac edilən məhsulların dəyəri 700 milyon dollardan çox olub

Bakı. Sədrəddin Ağcayev - Trend:

2021-ci ilin noyabr ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 23,3 milyon ABŞ dolları olub.

Trend-in məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”ında deyilir.

2017-ci ildən bu günədək “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə ixrac edilən mal və məhsulların dəyəri 708,4 milyon ABŞ dolları təşkil edib.

Qeyd edək ki, noyabr ayında ixrac daşımalarının 36,3 faizi avtomobil nəqliyyatı, 51,7 faizi hava nəqliyyatı, 10,4 faizi dəmiryol nəqliyyatı, 1,5 faiz isə digər nəqliyyat növləri ilə həyata keçirilib.

Twitter: agdzhaev

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti