...

Özəl sektorun Qarabağda quruculuq prosesinə cəlb edilməsi işlərin sürətli həyata keçirilməsinə zəmin yaradır - Nazir müavini

İqtisadiyyat 25 Yanvar 2022 12:24 (UTC +04:00)
Özəl sektorun Qarabağda quruculuq prosesinə cəlb edilməsi işlərin sürətli həyata keçirilməsinə zəmin yaradır - Nazir müavini

Bakı. Elçin Mehdiyev - Trend:

Əksər ölkələrdə iqtisadiyyatda tənəzzül baş versə də, Azərbaycanda iqtisadiyyatda artım oldu.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Yeni Azərbaycan Partiyası və Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi tərəfindən “Qarabağın və Şərqi Zəngəzurun iqtisadi inkişafında qadın sahibkarlığının rolu” mövzusunda konfransda deyib.

O bildirib ki, inklüziv inkişafın təməl prinsiplərinə əməl olunması ökəmizdə həyata keçirilən iqtisadi siyasətin ana xəttidir.

Nazir müavini vurğulayıb ki, yeni iqtisadi şəraitə uyğun olaraq həyata keçirilən islahatlar, kölgə iqtisadiyyatı ilə mübarizədə həyata keçirilən tədbirlər və digər beynəlxalq təcrübədə təsdiqini tapmış mexanizmlər nəticəsində Azərbaycanda sahibkarlar ordusu formalaşıb.

“Bu gün Qarabağda quruculuq prosesi gedir. Bu gün iqtisadi potensial olmasaydı bu proses çox çətin olardı. Özəl sektorun quruculuq prosesinə cəlb edilməsi bu işlərin sürətli həyata keçirilməsinə zəmin yaradır”, - deyə nazir müavini vurğulayıb.

O bildirib ki, bu gün ölkəmizdə sənayeləşmə prosesi gedir.

“Bu, bölgələrin inkişafında mühüm rol oynayacaq. Bu istiqamətdə işlər davam etdiriləcək. Təşəbbüskar qadın sahibkarlarımız müraciət etsə, onların layihələri dəyərləndiriləcək və müvafiq dəstək göstəriləcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti