...

Rublla əməliyyatlar adi rejimdə həyata keçirilir - Beynəlxalq Bank

İqtisadiyyat Materials 28 Fevral 2022 11:54 (UTC +04:00)
Rublla əməliyyatlar adi rejimdə həyata keçirilir - Beynəlxalq Bank

Bakı. Sədrəddin Ağcayev - Trend:

Azərbaycan Beynəlxalq Bankı Rusiya rublu ilə əməliyyatları adi rejimdə həyata keçirir.

Bu barədə Trend-ə bankdan bildiriblər.

Məlumata görə, rublla əməliyyatlar üzrə məhdudiyyət yoxdur:

"Müştərilər elan olunmuş məzənnə ilə əməliyyat apara bilərlər", - deyə bankdan bildiriblər.

Qeyd edək ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyalarla əlaqədar rublun qiyməti kəskin ucuzlaşıb. Səhər saatlarında birjalarda bir ABŞ dolları 117 rubl ətrafında alınıb-satılırdı.

Twitter: agdzhaev

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti