...

Altı ayda İran Azərbaycandan 22 milyon dollarlıq məhsul alıb

İqtisadiyyat Materials 24 Mart 2022 17:23 (UTC +04:00)
Altı ayda İran Azərbaycandan 22 milyon dollarlıq məhsul alıb
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İranın yeni hökumətinin fəaliyyətinin ilk altı ayı (23 avqust 2021 – 19 fevral 2022) ərzində qonşu ölkələrdən məhsul idxalı ilin ilk 5 ayı ilə müqayisədə dəyər baxımından 74%, çəki baxımından 34% artıb.

Trend-in məlumatına görə, bunu İranın Gömrük Administrasiyasının sözçüsü Ruhulla Lətifi deyib.

R.Lətifinin sözlərinə görə, qeyd olunan müddətdə İran qonşu ölkələrdən 14,5 milyard dollar dəyərində 14,1 milyon ton məhsul idxal edib.

İran Pakistandan 161 milyon dollar dəyərində təxminən 174 min ton, Qazaxıstandan 27,6 milyon dollar dəyərində 72,8 min ton, Azərbaycandan 21,8 milyon dollar dəyərində 10,6 min ton, Türkmənistandan 14,5 milyon dollar dəyərində 19,9 min ton, Əfqanıstandan təxminən 14 mlyon dollar dəyərində 11,4 min ton, Küveytdən 8,16 milyon dollar dəyərində 4,33 min ton, Qətərdən 3,12 milyon dollar dəyərində 795 ton, Bəhreyndən 876 min dollar dəyərində 82,5 min ton, digər ölkələrdən 6,78 milyon dollar dəyərində 3,1 min ton məhsul alıb.

.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti